Avropa Şurasının sədri Donald Tusk Ankara ilə Moskva arasındakı münasibətin Avropa İttifaqı – Türkiyə sammitində müzakirə olunacağını bildirib. Bu barədə baki-xeber.om utro.ru saytına istinadən xəbər verir.
"Bu məsələ bügünkü diskussiyanın önəmli hissəsi olacaq” – deyə Brüsselə sammitə gələn Tusk bildirib. Avrokomissiyanın sədri Jan Klod Yunker isə bəyan edib ki, sözügedən məsələ bugünkü sammitin əsas mövzusu olmasa da, sammitdə ona toxunulacaq.
Qeyd edək ki, Aİ – Türkiyə sammitinin keçirilməsi ideyası Avropa liderləri tərəfindən AŞ-nin qeyri-formal iclasında 12 noyabrda Maltanın paytaxtı Valettada səslənib. Təklif olunub ki, miqrasiya üzrə kompleks tədbirlərin birgə əməkdaşlıq şəraitində həyata keçirilməsi ilə bağlı Ankara ilə danışıqlar aparılsın.