Türkiyə Baş naziri Əhməd Davudoğlu noyabrın 24-də Rusiya təyyarəsi ilə bağlı baş verən insidentin bir daha yaşana biləcəyini istisna etmir. Baki-xeber.com bu barədə gazeta.ru saytına istinadən xəbər verir.
Xəbərə görə, "Reuters”-ə açıqlamasında baş nazirə bunun bir daha yaşana biləcəyini deyib. Onun sözlərinə görə, bu təhlükə regionda İŞİD-ə qarşı iki ayrı koalisiyanın mübarizə apardığı müddətdə səngiməyəcək.
Baş nazir bütün münaqişə tərəflərini bu təhlükədən qorunmaq məqsədilə koordinasiya etməyə çağırıb.