Noyabrın 24-də Türkiyə-Suriya sərhədində vurulan "Su-24" təyyarəsinin pilotunun cənazəsi Suriyadan Türkiyənin Hatay vilayətinə gətirilib.
Baki-xeber.com-un Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbərinə görə, Türkiyə Baş naziri Əhməd Davutoğlu bu barədə Brusseldə jurnalistlərə bildirib.
Davudoğlu deyib ki, Oleq Peşkovun cənazəsi Bakı saatı ilə 03.00-da artıq Türkiyənin Hatay vilayətində olub. Qısa zamanda onun Rusiyaya təhvil veriləcəyi bildirilir.
Pilotun cənazəsinin dəfnə hazırlığı xristian din xadimlərinin iştirakı ilə mənsub olduğu dinin ənənələrinə uyğun olaraq həyata keçirilib.
Baş nazir bir daha bəyan edib edib ki, rəsmi Ankara Moskva ilə münasibətlərin gərginləşməsində maraqlı deyil.