Nardaranda vəziyyət dəyişməz olaraq qalır. "Trend”-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün Sabunçu rayon rəhbərliyi ilə ağsaqqallar arasında aparılan danışıqlarda ümumi məxrəcə gəlinmədiyi üçün kənd sakinləri hələ də meydanı tərk etməyib. Kənddə abonentlərin borcu olduğu üçün elektrik enerjisinin verilişi dayandırılıb. Meydana toplaşan kənd sakinləri tonqal yandıraraq ətrafına yığışıblar.
Nardaran qəsəbəsinin giriş və çıxışı, dünən olduğu kimi, bu gün də ciddi nəzarətdədir, qəsəbəyə daxil olan avtomobillər yoxlanır.