Cümə axşamı günü, 05 noyabr 2026
     

Nardaranı "qəsb" etmək istəyənlər: əsl simalar

Image


Nardaran sanki orta əsrlərdən indiyə vizual olaraq məkandır. İnsanların davranışları, geyimləri, dövlətə münasibətləri, İslamla bağlı şüurları və təfəkkürləri Azərbaycana, millətimizə xas olmayan bir formata düşməyə başlayıb.

Bura sanki dövlət içində dövlətə çevrilir. Hər tərəf qara bayraqlar, dini ayinlər, teokratizmin ifrata varan hərəkətləri, ləbbeyk və təkbirlərin ardı-arasının kəsilməməsi. Kəndi arxaik, feodal qanunlarla idarə olunan məkana döndərmək, orta əsrlərin yaşam modelini reikarnasiya etmək istəyirlər. O kəslər ki, Nardaranı Azərbaycandan ayırmağı qarşılarına məqsəd qoyaraq kəndi sanki İŞİD tipli mağzallı istehkam formasına salmaq niyyətindədirlər. Məhz buna görə də ölkə qanunvericiliyinə uyğun addımlar atılmalı, Nardarandakı radikal islamçıların meydan sulamalarına son qoyulmalı, kənd azğınlaşmış ekstremistlərin diqtəsindən qurtulmalıdır.




Bunu biz və kənd sakinləri istəyirlər.

Həmin sakinlər saxta arxetiplərə idxal olunan din fırıldaqçılığından və təhlükəli stereotiplərdən azad olmağı arzulayırlar.

...Müxtəlif zamanlarda, fərqli yerlərdə hansısa yaşayış məntəqəsinin sakinlərinin məişət, sosial və ya iqtisadi problemlərinin həll olunmadığını deyərək, hakimiyyəti laqeydlikdə, məmurları isə korrupsiyada və səlahiyyətsizlikdə suçlamasından sonra "yerli özünüidarə" qurmağa başlaması ilə bağlı az cəhdlər olmayıb. Həmin cəhdlər birmənalı olaraq sonradan dinçi radikalların, ekstremistlərin ortaya çıxmaları, həmin "adət-ənələrə və əzəli qaydalara riayət edərək yaşamaq istəyən" yaşayış məntəqəsini tam nəzarətə götürmələri ilə bitib.

1997-cu il, noyabrın 23-ü. Dağıstanın Bunyak rayonundakı Çabanmaxi və Karamaxi kəndlərinin Ağsaqqallar Şuraları toplantı keçirərək "Bundan belə Şəriət qanunları ilə idarə olunacağıq, dünyəvi qaydaları tanımırıq və mərkəzi hakimiyyətin göstərişlərini də qəbul etmirik" bəyanatı verirlər. Tam iki il bu kəndlərdə sürəkli aksiyalar keçirilir. Dağıstanın hüquq-mühafizə orqanları, prokurorluğu, təhlükəsizlik strukturları kəndlərdəki radikal ekstremistləri həbs etməyə çalışanda, çabanmaxililər və qaramaxilər kəndlərin mərkəzi meydanlarına toplaşır, aksiyalar keçirirlər. İlk əvvəl bu aksiyalar, sadəcə, hakimiyyətə etiraz nümayişləri, təkbirlərin səsləndiyi toplantılardısa, 1998-ci ilin əvvəllərindən etibarən kəndlərdəki ekstremistlər silahlanırlar. Çabanmaxi və Karamaxinin girişlərində "post"lar qoyulur, avtomatlar, pulemyotlarla silahlanmış saqqallı ekstremistlər keşik çəkirlər.

Beləcə, iki kənd təkfirçilərin, sələfilərin tam nəzarətindəki yaşayış məntəqələrinə çevrilir. Çabanmaxi və Karamaxi kəndlərindəki Ağsaqqallar Şuraları isə "biz, sadəcə, dinimizə, adətlərimizə, ənənələrimizə sadiq insanlarıq, terrorçu və ekstremist deyilik, xarici ölkələrin də təsirinə düşməmişik, kimlərinsə göstərişlərinə əməl etmirik - bizi narazı salan sosial problemlər, işsizlikdir" deyirlər. Yalan danışırlar, çünki kəndlər sələfilərin əlində idi. Saqqalsız kişilər, çarşabsız qadınlar şallaqlanır, camaat zorla namaza vadar edilirdi. İndiki İŞİD-in ilkin, "mini" versiyası o zamanlar bu kəndlərdə idi.


1999-cu ilin avqustun 30-da hərbçilər kəndlərə hücuma keçdilər, antiterror əməliyyatı başlandı. "Sadəcə, dinimizə riayət edirik" deyən sələfilər zərərsizləşdirilir, radikal ekstremistlər tutulur, hərbçilər və polislərlə atışanlar, onlara qumbaralar atanlarsa məhv olunur.

...2007-ci il, Pakistanın Xəyber Pəxtunxva bölgəsindəki Svat vadisində Şəriət qaydaları tətbiq olunur. Yerlilər "dinimizin tələblərinə riayət etmək, adət-ənələrimizlə yaşamaq istəyirik" desələr də, "təşəbbüs"ün müəllifinin "Taliban" olduğu aşkardı. Artıq 8 ildir ki, Svat radikal ekstremistlərin və terrorçuların nəzarətindədir. Faktların sayını artırmaq, hadisələrin sadalanmasını uzatmaq da olardı. Nə hacət. Bütün hallarda, sanki, eyni mexanizm işə salınır, cüzi fərqlərə malik ssenari üzrə hərəkətlər edilir, az qala analoji mətnli çağırışlar və bəyanatlar səslənir. Radikal ekstremistlərin belə yaşayış məntəqələrini sonradan nəzarətə almalarına gəldikdə isə, bu, sadəcə, zahirən belədir. Əslində, dini şüarlar səsləndirən, dini qanunlar əsasında yaşamaq istədiyini vurğulayan şəxsləri önə çıxdıqları o məntəqələr ilk əvvəldən radikal ekstremistlərin, din alverçilərinin kontrolunda olub.

Əfsuslar olsun ki, bəhs etdiyimiz "din oyun"ları Nardaranda da oynanmağa başladı. Nardaranda illərdir ki, "yerli özünüidarəetmə" strukturu təki Ağsaqqallar Şurasını önə çəkmək istəyirlər və bu "qurum" kənddəki bələdiyyəni, icra hakimiyyətinin yerli nümayəndəliyini, dövlət təşkilatlarını əvəzləməkdə iddialı olub, indi də belədir. Builki Aşuradan sonra kəndin əlahiddə, "Əhli-beytə sadiq, Hüseyniyyə yolu ilə gedən məkan" kimi təqdimatı daha sərtləşmiş, nardaranlıların adlarından danışanlar daha da aqressivləşmiş, radikallaşmışdılar. Hacı Taleh Bağırovun yaratdığı "Müsəlman Birliyi Hərəkatı" da məhz son vaxtlarda fəallaşmışdı və işinin də məhz Nardarandakı Ağsaqqallar Şurası ilə "məsləhətli şəkildə" həyata keçirildiyini iddia edirdi.


Sosial şəbəkələrin "İrandaran"ı

Nardarandakı son olaylardan sonra sosial şəbəkələrdə, xüsusilə də Facebook-da istifadəçilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışan, odlu silaha əl atan və hətta polislərə əl qumbarası atan radikal ekstremistləri qətiyyətlə pislədilər. "Müsəlman Birliyi Hərəkatı", habelə Azərbaycanda "əsl şiəlik" adı ilə pərdələnərək geniş şaxələnmiş və şəbəkələnmiş qüvvələr bunu gözləmirdilər. Əksinə, onlar vətəndaşlardan dəstək alacaqlarını, dindarların onlara "arxa duracaq"larını gözləyirdilər. Onlar yanıldılar. Sosial şəbəkələrdə Nardaran olayları ilə bağlı şərhlər, xəbərlər, fotolar, fikir və rəylər "#irandaran" heşteqi ilə yayılmağa başladı, indi də belədir.

Cəmiyyət radikalları dəstəkləmədi - onları lənətlədi

Dindən danışmaq, dinə tapınmaq, insanları dindar olmağa dəvət etmək bir ayrı - polislərlə atışmaq, məmurları ölümlə hədələmək, çevriliş və hakimiyyətin zorla dəyişdirilməsinin gərəkdiyindən sürəkli danışmaq bir ayrı.

Həqiqət ortaya çıxır

Nardaran sakinlərinin mövqelərini əks etdirdiyi, onların tələblərini səsləndirdiyini vurğulayan Ağsaqqallar Şurası kəndə qaz, işıq, su verilməməsini aylardan bəri söyləyir. Deyilir ki, kənd camaatı istifadə etdiyi elektroenerjinin pulunu tam ödəməyə hazırdır və ödəyir də, amma işıqla təminatda ciddi problemlər var. "Azərişıq" ASC isə Nardaranın elektroenerji təchizatında yaranmış problemin səbəbinin abunəçilərinin borcu ilə əlaqələndirib. Sən demə, bu günə kimi Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min borcu var. 2015-ci ilə qədər bu borcun məbləği 37 milyon 966 min manat olub. Bu ilin 10 ayında isə 4 milyon 300 min manat elektrik enerjisi ilə bağlı borc yaranıb. Nardaran əhalisinin təbii qaza görə dövlətə olan borcu isə 1 milyon 376 min manat təşkil edir. Bunun 387 min 330 manatı 2013-cü il, 558 min 624 manatı 2014-cü il, 450 min 363 manat isə bu ilin 10 ayı üçün olub. Qəsəbə statuslu kəndin digər sosial problemləri də araşdırılarsa, situasiyanın "nardaranlıların adından danışan"ların, "əsl nardaranlılar"ın iddiaları ilə kəskin ziddiyyət təşkil etdiyini görərik yəqin.

"Əsl nardaranlılar" demişkən... "Nardaranlı" ifadəsi mənəvi hal, ruh vəziyyəti sayılarsa, onda "əsl nardaranlıyam" deyən hacı Taleh Bağırov haqlıdır. Yox əgər "nardaranlı" sözü olduğu kimi qavranarsa, onda İsmayıllının Lahıc kəndindən olan hacı Talehin özünü "nardaranlı" adlandırması və ciddi-cəhdlə Bakı ləhcəsi ilə danışmağa çalışması ən azı qəribə təsir bağışlayır.

Millət təəssübkeşliyi, yoxsa şortik davası?

Güney Azərbaycanda soydaşlarımız küçələrə və meydanlara çıxdılar, yüz minlərlə insanın qatıldığı aksiyalar keçirdilər - Nardaranın Ağsaqqallar Şurası və hacı Taleh Bağırov susdular.

Suriyada türkmənlər bombalandı, onlara divan tutuldu, evlərindən dərbədər salındılar, Bəşər Əsəd qoşunları və İŞİD terrorçuları arasında qalıb Rusiya təyyarələrinin havadan yağdırdıqları raket və bombalardan qurtulmağa çalışdılar - Nardaranın Ağsaqqallar Şurası və hacı Taleh Bağırov baş verənlər haqqında bir kəlmə də demədilər.

Azərbaycan cəmiyyətini narahat edən problemlər, dərdlərimiz və müşküllərimiz barədə hamı danışır - amma Taleh Bağırovun "dava"sı hicab, məscidlər, mədrəsə açılmasının "vacibat"ı, hicablı xanımların şəxsiyyət vəsiqəsi üçün fotolar çəkdirməkdə çətinliklərlə qarşılaşmaları, Aşurada əzadarlıq, ən nəhayət, gənclərin şortik geyinmələri oldu.


Daha sonra Taleh Bağırov dindarları narahat edən suallara cavab vermək əvəzinə onları qana, cidala səslədi: ""Biz Əhli-beyt aşiqləriyik, Hüseyn xislətliyik, qan tökəcəyik, sizi qanımızda boğacağıq". Taleh Bağırov ilkin dönəmlərdə hədəf göstərməsə də, çıxış və çağırışlarında qarşısında kimləri gördükləri əyandı: Azərbaycan dövləti, ölkənin hakimiyyəti, tolerant və savadlı insanlar, demokratik düşüncəli adamlar - bir sözlə, Hz.Hüseynin adını və İslamı siyasi alver vasitəsinə çevirmiş adamlara kömək etməyən, onlarla mövqe bölüşməyən, daha müxtəsər yazsaq, "biət" etməyən hər kəs.

Nardaranın Ağsaqqallar Şurası susurdu və elə indi də bu barədə susur. Hətta Taleh Bağırovu "din alimi, qardaşımız" adlandırır.

Təsadüfmü?

Taleh Bağırovun səmimiyyətinə onun "siyasi fəaliyyət"ə başladığı ilk gündən şübhə etmişəm, çünki bu şəxsin dediklərindən "fiqh üləmaları"nın göstərişlərinin "rayihə"si gəlirdi. Daha sonra Taleh Bağırov həbsdən çıxdı və aşkar mövqeyini ortaya qoydu. Dəqiq, konkret şəkildə. Güney Azərbaycandakı soydaşlarımız, Azərbaycanda "Şəriət dövlətinin yaradılması"nın absurdluq səviyyəsinin maksimaları ilə bağlı suallar onun kim olduğunu göstərdi. "Müsəlman Birliyi Hərəkatı" və Nardaranın Ağsaqallar Şurası Abşeronun konkret yaşayış məntəqəsində bütün rəsmi strukturları, dövlət idarəetmə orqanlarını bir kənara qoyaraq nardaranlıları Şəriət qanunları ilə idarə etmək istəyirlər.

Daha doğrusu, şiəliyin İran formatı ilə.

Əsrlər əvvəlin ideologiyasını, qədimlərin tələblərini və şüurunu, məişət ehkamlarını və siyasət fəlsəfəsini bu günə, 21-ci əsrə daşımaq istəyənlərin məntiqsizliyini hələlik unudaq və gələk onların real istəklərinə. Həmin istəklərsə müstəqil düşüncənin məhsulu deyil. Tələblər, çağırışlar və şüarlar uzaqlardan alınan təlimatlar çərçivəsində səsləndirilir, elə bu səbəbdən də Nardaranın Ağsaqqallar Şurası özünü hakimiyyətə müxalif, xalqa yaxın struktur kimi göstərməyə can atır. Di gəl, "müxalifətçilik və xalqın dərdinə yanmaq" yalnız sekulyarlığa meydan oxumaq, dövlətə hədələr yağdırmaq, mövhumatı dəstəkləmək və bu kimi "müstəhəb" əməllərdən ibarət psevdodini moizəçiliyə çevrildi.

Beləcə, əvvəlcə ,Taleh Bağırov, sonra da Nardaranın Ağsaqqallar Şurası dövlətin, millətin, vətəndaşların maraqlarından çıxış etmədilər - onlar qara bayraqlara qan rəngində yazılmış kəlmələrlə kütləni arxalarınca aparmaq istədilər və insanlara ərəb sözləri ilə zəngin nitqlərlə xitab etdilər.

Ölkəmizə, bizə, milli kimliyimizə yad arqumentlər, yad iddialar

Taleh Bağırov din, Şəriət uğrunda mübarizə apardığını göstərməyə çalışsa da, onun, əslində, fiqurant, başqalarının planlarında hissə, oyunlarında alət olduğu ortaya çıxdısa, Nardaran Ağsaqallar Şurasının da heç bir halda Nardaran sakinlərini təmsil etmədiyi aşkarlandı.

Dövlət qurumlarını əvəzləməyə, Nardaranı orta əsrlərin feodal qaydaları ilə idarə etməyə, lokal səviyyətə muxtariyyət yaratmağa can atdığını pərdələməyə çalışanların cəhdləri gün keçdikcə daha da konkretləşdiyindən artıq hər şeyi öz adı ilə çağırmaq zamanıdır.

Birinci minilliyin ortalarında Kərbəlada baş vermiş faciədən doğan ideologiyanı özlərinin həyat normasına çevirən, ancaq Dağlıq Qarabağ kimi ümummilli problemi yada belə salmayanlar Azərbaycan cəmiyyətinə nə verə bilərlər, onlarla bir yerdə necə yaşamaq olar?!

Nardaranın Ağsaqallar Şurası ən yaxşı halda qeyri-hökumət təşkilatı ola bilər. O da bir şərtlə - rəsmi qeydiyyatdan keçməsi gərəkdir və hansı fəaliyyətlə məşğul olacağını da göstərməlidir.

Qəsəbə statuslu kənddə hakimiyyəti ələ almaq cəhdləri isə qəsb istəyidir. Baş verənlərin adı budur.

Elçin Alıoğlu

Milli.Az-ın Baş redaktorunun müavini



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ