Türkiyə ilə Rusiya arasında baş verən son təyyarə olayının ardından Rusiyanın Suriya ərazisinə zenit-raket kompleksi yerləşdirməsi regionda müxtəlif şayiələrin baş alıb getməsinə də rəvac verib. Belə şayiələr ölkəmizdən də yan keçməyib. Belə ki, yayılan xəbərə görə, Türkiyə tərəfi təyyarələrinin vurulmasından ehtiyat edərək bir çox reyslərini təxirə salıb. Hətta saytımıza bu barədə məlumat verən mənbə qohumunun İstanbulda olduğunu, bu üzdən qayıda bilmədiyini də dedi. Məsələyə aydınlıq gətirmək üçün Heydər Əliyev Hava limanının mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə əlaqə saxladıq. Sualımızı təbəssümlə qarşılayan aeroport sözçüsü deyilənlərin kökündən yanlış olduğunu bildirdi:”Sizdə olan məlumatın heç bir əsası yoxdur. Reyslərdə yubanmalar olub, lakin bu, İstanbuldakı hava şəraiti ilə bağlı olub, özü də 2-3 gün öncə”.
Paşa Kəsəmənski hazırda bu istiqamətdə heç bir problemin yaşanmadığını bildirdi.
Baki-xeber.com