Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Milli geyimli qızlar dövlət başçısına duz-çörək və gül dəstəsi təqdim ediblər.
Azərbaycan Prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.