Cümə axşamı günü, 05 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dost yubileyinə dost-qardaş ərmağanı...
Tarix: 28.11.2015 / 02:22
Bölmə: Gündəm
Haqq dünyasına erkən köçən şair, jurnalist, unudulmaz insan Fikrət Mursaqulovun 60 yaşını qeyd etməyə hazırlaşırıq. Boynumuza düşən borc dostlarını, doğmalarını 40, 50, 55-illiyindən sonra dördüncü dəfə bir araya gətirəcək. Yenə başımızın üstündə dolaşan ruhuna hörmət əlaməti olaraq, yaddaşımıza hakim kəsilmiş tövsiyəsinə uyğun hərəkət edərək qəmi, kədəri, niskili məclisimizdən qovacağıq.
Cəmisi iki yaşından dünya işığına həsrət qalan Fikrət sağlığında bizə belə davranmağı öyrətmişdi. Kiçik komasındakı toplantılarımız saya-hesaba gəlməzdi. Səmimiyyəti balaca daxmaya hərarət verər, kasıb süfrəmizə zənginlik, dad bəxş edərdi. Bax onda təpərini, qürurunu, məntiqini görüb kimlərin halına yanmalı olduğumuzun fərqinə varırdıq. Sözü-söhbəti uzatmazdı. Mənzərə pərtliyə, kiminsə incikliyinə səbəb olmasın deyə, bildiyi lətifələrdən birini söyləyər, yaxud xalq deyimləri ətrafında bəhsləşməyə çəkərdi. İndiyədək yaddaşımda bəs qədər müxtəlif poetik nümunələrin qalmasında həmin məclislərin müstəsna qolu olub.
Fikrət Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib Akademiyanın aspiranturasına qəbul olunandan, Aşıq Ələsgər irsinin tədqiqinə başlayandan sonra isə xalq yaradıcılığı sahəsində, ədəbiyyat məsələlərində ona dil çatdırmaq müşkül idi.
İlk yubileyində, sadəcə, bir yerə toplaşıb, söhbətləşib, dərdləşib dağılışmışdıq. Əlli illiyində Givinin (Fikrətdən qalan bir ənənə ilə dostumuz Giya Paçxataşvilini hamımız belə çağırırıq.) təşəbbüsü ilə Fikrətin şeirlərindən, haqqında yazılmış məqalələrdən ibarət "Xüsusi buraxılış" nəşr etdirib təqdimatını keçirdik. 2007-ci ildə Givinin, İlhamın, rəhmətlik Məmmədin, Qulunun zəhməti ilə"Təsəlli" kitabı çap olundu. Beş il əvvəl isə yubiley formatının dəyişməsi hamının istəyincə oldu. Öncə Azərbaycan Mətbuat Şurasında Fikrət haqqında "İşıq Əlifbası" kitabının təqdimatı keçirildi. Onu Fikrətin tələbə dostu, istedadlı şair, jurnalist Həzi Həsənli qələmə almışdı. Portret ştrixlərinin canlandırıldığı lövhələrdə onu yaxından tanıyanların çoxu özlərini də görə bilərdi. Nakam dostumuzun qısa, lakin zəngin və örnək ömür yoluna işıq salan bu əsərin təqdimatı geniş diskussiya doğurdu. Söz-sözü necə çəkdisə, saatların arxada qaldığı hiss olunmadı. Deyildi ki, Azərbaycanda Fikrət kimi fiziki məhrumiyyətlə üzləşən sənətkarlar həmişə olub. Onlar daxilən sayıma, cəmiyyətin həssas münasibətinə daha çox ehtiyac duyurlar. Qayğıkeşlik bu yaradıcı insanların potensialını üzə çıxarır, həyat eşqini artırır. Mətbuat Şurası həmin qəbildən olan yüksək istedad sahibləri üçün Fikrət Mursaqulov adına mükafat təsis etməklə böyük savaba imza atmış oldu.
Mükafat 3 ildir mövcuddur. Deyə bilmərəm taleyin qismətidir, yoxsa xoş təsadüf—onun ilk laureatı ölkə oxucusunun yaxşı tanıdığı Giya Paçxataşvili oldu. Mən bunu təkcə halallıq haqqı adlandırmazdım, həm də son mənzilin də ayıra bilmədiyi sədaqətli dostluqdan irəli gələn həssaslığın, etibarın, ürək həmdəmliyinin məntiqi mükafatı sayardım. Çünki Giya ruh adamı kimi daim hörmətlə qarşılanır. O, balaca evə sığınan tələbə jurnalistin, sonralar isə aspirantın "qol ağacı", həyata - dünyaya açılan pəncərəsi, ilk oxucusu olmuşdu. Givi həm də illər uzunu Fikrətin gündəlik həyat qayğılarının ağırlığını çəkmişdi. Oğul lazımdır ki, bu günlərin çətinliyinə, əziyyətinə o cür ləyaqətlə, dəyanətlə, duruş gətirə bilsin.
Dostları F.Mursaqulovun 60 yaşına şeirlərinin bir qisminin toplanaraq rus dilinə tərcümə edildiyi kitab ərmağan etmək istəyir. İşlər başa çatıb. Mənim öhdəmə ön söz yazmaq düşüb. Şeirlərin tərcüməsini Giya boynuna götürüb. Çox düzgün və ədalətli seçimdir. Bizlərdən Rusiyanın ən nüfuzlu humanitar fakültələrini bitirənlər, tərcümədən də başı çıxanlar var. Fəqət mühüm bir nüansa diqqət yetirək: Fikrətin özünə, deməli həm də poeziyasının ruhuna Givi hamıdan yaxın, hamıdan məhrəm idi. Bir sözlə, üç dildə dolğun publisistika, nəsr, nəzm nümunələri yaradan bəyaz gürcü balasının yerini heç kəs verə bilməzdi. Giya onun mənəvi dünyasını qarış-qarış gəzən, kəşf edən, duyğularına, düşüncələrinə yaxından bələd olan usanmaz bir səyyahdır. Tərcümə ədəbiyyatında layiqli yer tutmaq üçün mütərcimdə ilk növbədə bu dəyərlər cəmləşməlidir. Bu missiyanı üzərinə götürən mütərcim özünə ilk növbədə "mən bu işin öhdəsindən gəlməyə nə dərəcədə hazıram" sualını verməlidir. Müsbət cavab tapıldıqdan sonra İlham pərisindən də kömək ummalıdır.
Heç şübhəsiz, xarici ölkələrin sevə-sevə oxuduğumuz bir çox klassik və müasir sənətkarlarının tanıdılmasına görə kamil mütərcimlərə borcluyuq. Fikrət qəbildən olan yaradıcı şəxslərin ölkə hüdudlarından kənarda təbliği, tanıdılması isə, yalnız ədəbiyyata deyil, bütövlükdə insanlığa xidmətdir. Bu kitab Azərbaycan poeziyası nümünələrinin (böyük sənətkarımız S.Vurğundan tutmuş şəhid şairimiz Ü.Bünyadzadəyə qədər) rus dilinə tərçüməsindən ibarət iyirmidən artıq kitabın müəllifi olan G.Paçxataşvilinin növbəti yaradıcılıq uğurudur. Bax, buna görə təşəkkürlərimdə hər kəsin payı var, hamıdan da çox Giyanın.
Fikrətin şair taleyi haqqında düşünəndə, istər-istəməz, xəyalımda dahi yunan şairi Homerin, qılıncını qələmlə əvəzləyən rus yazıçısı, Pavel Korçagin adı ilə öz avtoportretini yaratmış Nikolay Ostrovskinin surətləri canlanır. Birinin vaxtında işıq əlifbası olmayıb, amma nəğmələr deyən dildən korluq çəkməyib. Digəri görmə qabiliyyətini itirənədək gen dünyada at çapıb, sonra özünə mirzələr tapıb. Fikrətin sənət həyanı isə Bakıda Gözdən Əlillər üçün İnternatda öyrəndiyi Brayl əlifbası, yazı masası, siqaret və bədii əsərləri, dərs kitablarını onun üçün oxuyan dostları idi.
Biz onun şeirlərinin əksəriyyətini əzbərdən bilir, bilməklə kifayətlənmirdik. Dərvişlər kimi auditoriyalarda, yataqxanalarda səsləndirir, tanımayanlara da tanıdır, sevdirirdik. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində oxuduğum illərdə sirdaşım Əliş də cərgəmizə qoşulmuşdu. Rus dilinin publisistik incəliklərinə bələdçiliyi ona bu işdə üstünlük verirdi.
Geniş diapazonlu yaradıcılıq, mövzu rəngarəngliyi şairin kimliyinin bələdçiləridir. Fikrəti tanımayanların onun daxili aləminə nəzər salmaları üçün poeziyası ilə tanış olmaları kifayətdir. İradəsi, nikbinliyi laxlayanlar üçün bu şeirlərin mütaliəsi əla reseptdir. O, taleyin mudhiş zərbəsinə sinə gərən dəyanət simvollarındandır. Oxuya-oxuya, yaza-yaza barmaqlarına işıq əlifbası öyrədərək işıqlı dünyaya cağır açab. "Xoş gördük, gözlərim, xoş gördük" nidası ilə sıralarımızda olduğunu bəyan edib. "Üzü bəri gələn günü işığından yarayan ölum, ondan bircə tel alıb, obama yeriyən olum" misrasında nikbinliyin yol yoldaşı olduğunu göstərib.
Təbiidir ki, hər tərcüməçinin özünə xas üslubu var. Mən kitabın bölmələrinə müdaxilə etmədən onlardan birini məmnuniyyətlə "Fikrətin rənglər dünyası" adlandırardım. Şeirləri rənglər qalereyası olmaqla bərabər, həm də çeşidlər, fəlsəfi çalarlar nümunələridir. Cəmisi 2 yaşında işıqlı aləmlə gözləri arasına sədd çəkiləndə, 32 il beləcə ömür sürəndə yaddaşının itiliyi müttəfiqinə çevrilib.Bir cüt günəş tutumlu göy qurşağının 7 rənginə boyanan misraları, rənglərə fəlsəfə baxışları yalnız eşitdiklərinin, oxuduqlarının məhsulu ola bilməzdi. Söz-söz, misra-misra qaralan kağızlar saçlarını ağartdıqca şairin içini tanıdıb. Qara əməllə ağ yalanın fərqinə varmaqla hər rəngin özünə məxsus çalarlarına diqqət yetirməyi tövsiyə edir. Şair ölümün rənginə rəngsizlik prizmasından yanaşır ki, bu da orijinal deyimdir.
Elə yazar tanımıram ki, yaradıcılığında məhəbbət motivləri yer tutmasın. Hətta poeziyasından misri qılınc sədaları gələnlər də bu mövzudan yan keçməyi bacarmayıb. Fikrət;
Qısqanc könül ilə yazırsan havalı,
Heç demirsən qısqananım olaydı,
Yaxın yerdə sirr qananım olaydı-
misraları ilə könül yoldaşını arayırdı. Lakin "Nağıl", "Elçi məktublarım" adlı şeirlərində naməlum sevgilisini tərənnüm edirdi. Bəlkə də istək ünvanı "Miloslu Vener" "Nağıla bənzər sevgilər", "Afrodita", "Madonna", "Əsli" şeirlərinin ithaf olunduğu və yalnız baş hərfləri göstərilən gözəlləri idi, yaxud yalnız özünə məlum kimsə?!
Şair könlü qanadlanıb yola çıxmağı sevib. Fikrətin bu qəbildən şeirlərinin "Yol" silsiləsindən adlandırılması da təsadüfi deyil və bunlar ayrıca qolu təşkil edir. "Bir atlı", "Ay qatar", "Piyada" və sair şeirlərinə təəssüratdan çox incə mətləblər xasdır. "Gedib bir görüm bağlı qapıları" deyən şair doğulduğu, boya-başa çatdığı Borçalı ilə yanaşı, Gürcüstanda azərbaycanlıların məskunlaşdığı əksər yaşayış yerlərində müşahidə edilən köç problemini qabardır. Şair bu qapıların bağlı qalmasına etiraz səsini ucaldır. "Yurd yeri"ndə, "Babamın ağacları"nda gözəllikləri vəsf edir. "İnad"da isə çıxış yolu göstərir: İnadın-təpərin əlbir olanda, suların yatarmı çay yatağında"...
Biz fəlsəfi fikirlər tutumu ilə seçilən Nazim Hikmətə, Səməd Vurğuna həsr olunan şeirlərin, "Piyada"nın, "Papiros"un və digər nümunələrin də kitaba yeni uğur gətirəcəyi inamındayıq. "Təzadlarda"kı iki misraya baxaq: Qara böhtan, ağ yalan - eyni ölçüdədir, eyni boydadır".
Fikrət Mursaqulov daha geniş miqyasda oxucuların görüşünə gəlir. Uğuru şəksizdir. Xoş gördük, yeni kitab, xoş gördük, əziz dost!
Əflatun AMAŞOV
Azərbaycan Mətbuat
Şurasının sədri,
millət vəkili
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım
- 640 manat olacaq...
05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...
05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı
05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...
05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...
05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...
05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"
- Prezident
05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...
05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...
05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir
05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...
05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...
05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır
- müqaviləsi imzalandı
05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı
05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı
04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…
04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir?
- DOSYE
04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan...
Qalmaqal...
04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...
04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...
04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...
04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...
04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir...
Guya...
04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...
04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı...
Hicab da olacaq?
04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...
04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...
04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı
- Paşinyan rəqiblərini məhv edir...
04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb?
- YENİ FAKTLAR...
04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü -
hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...
04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb
04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi -
fövqəladə hökumət qurulur...
04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir
04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır
04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi
04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?
04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?
04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...
04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..
04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi
04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi
04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu
04.11.2026 / 15:40
Hersoq qərar verəcək -
Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...
04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir"
- Paşinyan
04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır"
- Sahil Babayev
04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya
- ifrat sağçı dalğa artıq dağılır…
04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq
- boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...
04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib
04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi
- amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...
04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...
04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər
– İDDİA…
04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...
04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...
04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı -
Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir
04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub
- FOTO
04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır"
- Nazir
04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar
- FOTO
04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti
- bir nəfər barəsində qətimkan tədbiri seçildi...
04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır
- 946-dan 1200-ə...
04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı...
Sifarişlər dayandırıldı...
04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı -
"Mən olsaydım..."
04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...
04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi
- 1932-ci ildən bəri ilk fakt...
04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı -
Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi
04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi
- qanunsuz ödəniş tələblərinə inanmayın...
04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi
04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi
04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi
- nəticələri qəbul etməyə hazıram...
04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...
04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...
04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu...
Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ
04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb
04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi
03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir”
- dünyanı hədələyən təhlükə...
03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu
- "Patriot" verin, əvəzində istədiyinizi edim...
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ