"İnterfaks-Turizm” agentliyinin keçirdiyi online sorğu Türkiyədə istirahət planlaşdıran Rusiya vətəndaşlarının əksəriyyətinin bu niyyətindən dönmədiyini ortaya çıxarıb. Baki-xeber.com-un kommersant.ru saytına istinadən xəbərinə görə, Rusiyada fəaliyyət göstərən DaTravel turizm şirkəti bron edilən biletlərin və turpaketlərin qaytarılmadığını açıqlayıb. Hətta agentlik onu da bildirib ki, Yeni il bayramını İstanbulda keçirmək istəyənlər də yetərincədir və hələ də bu yöndə sifarişlər alırlar. Onun sözlərinə görə, bu payız Türkiyə turpaketlərinə tələbat ötən illə müqayisədə üç dəfə artıb. Satılan biletlərin 84 faizini İstanbul, 13 faizini Antalya turları təşkil edib.
Aviasales kompaniyasının nümayəndəsi Yanis Dzenis də faktı təsdiqləyərək bildirib ki, hələlik onlara bron edilən biletlərin qaytarılması ilə bağlı hər hansı müraciət daxil olmayıb. Anywayanyday kompaniyasından isə bildiriblər ki, onlarda Türkiyəyə bilet satışı 42 faiz enib.