Dəfn mərasiminə Daxili işlər naziri Ramil Usubov, Müdafiə naziri Zakir Həsənov, Milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Baş prokuror Zakir Qaralov da qatılıblar.
Dəfn mərasimində həmçinin Baş Prokurorun birinci müavini Rüstəm Usubov, DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, DİN Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev iştirak edib.
Qəhrəmancasına həlak olmuş polsilərin dəfn mərasimində Azərbaycan Dövlətinin himni səsləndirilib, üç dəfə yaylım atəşi açılıb.