Bu gün Azərbaycan elminə ağır itki üz verib.Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev mənzilində dəm qazı zəhərlənməsindən dünyasını dəyişib. Alimin həyat yoldaşı Tamara Hacıyeva isə hazırda komadadır .
Bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib: "Vəziyyıtin gedişatı onu göstərir ki, bu krizis hələ davam edəcək. Onun hələ bir necə gün ərzində komada qalacağı ehtimal edilir. Ancaq indi müayinələr aparılır və müvafiq tədbirlər də görülür”.
Qeyd edək ki, FHN işçiləri Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədini və 1 nəfəri huşsuz vəziyyətdə aşkar edib.