"Türkiyə təyyarəsi Suriya sərhədini keçib Rusiyanın S-400 zenit-raket kompleksi tərəfindən vurularsa, biz bunu təcavüz kimi qiymətləndirəcəyik”. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində deyib.
Jurnalistin bu məsələ ilə bağlı sualına cavab olaraq Ərdoğan daha sonra deyib:”Biz regionda hər hansı gərginlik istəmirik. Bunda iştirak etmək də istəmirik. Lakin biriləri Əsədin yanında durub gərginliyin artmasına xidmət edirsə, düşünürəm ki, bunun məsuliyyətini də o daşıyır”.