Cümə axşamı günü, 05 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Şəriət dövləti" qurmaq istəyən radikal qrupun Nardaranda gizli fəaliyyətinin qanlı nəticələri və əsl hədəfləri...
Tarix: 27.11.2015 / 02:49
Bölmə: Gündəm
Tapılan silah arsenalı çoxdankı hazırlığın əlamətidir, əhali ekstremistlərə uymadı
Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib.
Müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seyidəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.
Qeyd edilənlər nəzərə alınaraq, həmin şəxslərin tutulması məqsədilə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.
Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah,əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanaraq istintaqa təqdim edilib.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanaraq istintaq aparılır.
Cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə kömək edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.
Ölkənin hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, formalaşan istənilən mütəşəkkil cinayətkar dəstənin və ya cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Məlumatlar və təhlillər göstərir ki, Nardaranda baş verən hadisə dini görüntüdə olsa da, əslində xarici dairələrin göstərişləri ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin fəaliyyətinin nəticəsidir. Belə ki, Taleh Bağırzadə və onun ətrafında birləşmiş ekstremistlər xalqı itaətsizliyə çağırmış, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələmiş, onlara qarşı ölüm çağırışları etmişlər. Nardaran əhalisini qorxu içində saxlayan dəstə sadə insanları yoldan çıxarmaq üçün onların mövqeyini bölüşməyən insanları məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışmışdır. Məqsədin isə bəzi Şərq ölkələrində baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdən başqa bir şey olmadığı şübhəsizdir. Radikal ekstremistlərin hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərməsi, polis əməkdaşlarını hətta qətlə yetirməsinin əsl motivləri də bunlardır. Ələ keçirilmiş saysız odlu silah, əl qumbaraları, çoxlu sayda "Molotov kokteyli" və sair dəstənin uzun təşkilatlanma və silahlanma yolunu mütəşəkkil qaydada keçdiyini sübut edir.
"Müsəlman birliyi hərəkatı" adlı təşkilatın son əməlləri radikal dini qruplaşmaların ciddi təhdid mənbəyi olduğunu bir daha aydın şəkildə üzə çıxardı. Bu dövlət qeydiyyatından keçməmiş təşkilatın sədri Taleh Bağırzadə və tərəfdarlarının sosial şəbəkələrdə indiyə qədər yaydığı məlumatlar da əslində onların kifayət qədər təhlükəli cinayətkarlar olduğunu göstərirdi. Noyabrın 26-da Nardaranda baş verənlər bu xüsusda səsləndirilən fikirlərin həqiqət olduğunu bir daha üzə çıxardı.
Hələ bu ayın əvvəlində "Müsəlman birliyi hərəkatı"nın sədr müavini Elçin Qasımlı polis tərəfindən saxlananda bu qurum ekstremizmə meylli olduğunu nümayiş etdirmiş oldu. Hadisələrin son gedişi isə onların, əslində dövlətə, bütünlükdə Azərbaycana qarşı təşkilatlanmaqda olduğunu, hətta silahlı müqavimətə hazırlaşdıqlarını göstərdi. Onların cəbbəxana yığması, hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərməsi belə şəxslərin ən sərt üsullarla zərərsizləşdirilməsinin nə dərəcədə vacib əhəmiyyət kəsb etdiyini bir daha üzə çıxarmış oldu.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, terrorizm, radikalizm və ekstremizm kimi təhlükəli tendensiyalar bir çox ölkələrin gündəlik həyatına sirayət etməkdədir. Fransada və digər ölkələrdə baş vermiş terror hadisələri bundan heç kimin sığortalanmadığını göstərməklə yanaşı, yeni bir mənzərəni də ortaya çıxardı: bütün bunları, o cümlədən Yaxın Şərqdə, Suriyada baş verənləri Azərbaycanda da təkrarlamaq istəyən qüvvələr var. Onlardan biri də məhz Taleh Bağırzadə və tərəfdarlarıdır. Taleh Bağırzadənin rəhbəri olduğu "Müsəlman birliyi hərəkatı" indiyə qədər özünü ölkəmizdə siyasiləşmiş İslamın mərkəzi kimi nümayiş etdirərək bu istiqamətdə fəaliyyət göstərməyə cəhd edib. Amma reallıqda insanların dini duyğularının istismarı ilə məşğul olan bu təşkilatla bağlı son proseslər onun radikalizmə meylli olduğunu, ölkədə ekstremizmin yayılmasında maraqlı olduğunu üzə çıxarır.
Taleh Bağırzadə və ona yaxın insanların sosial şəbəkələrdəki fəaliyyətini izlədikdə də açıq-aşkar görünür ki, bu şəxslər tamamilə xarici təsir altındadırlar. Vaxtilə müxtəlif yollarla xaricə aparılmış, guya dini təhsil verilmiş bu şəxslərdən indi müxtəlif məqsədlər üçün istifadə edildiyi ortadadır. Onlar idarə olunurlar, düşdükləri təsirdən heç cür çıxa bilmirlər. Hətta silahlı müqavimətdən belə çəkinmirlər. Azərbaycanda bu ekstremist qüvvələr üçün sosial baza yoxdur. Azərbaycan insanı ətraf ölkələrdə nələrin baş verdiyini çox gözəl anlayır. Bu baxımdan, cəmiyyət bu ekstremist qüvvələrin çağırışlarını qəbul etmir. İnsanlar yaxşı başa düşür ki, belələrinin məqsədi Azərbaycanda da İraqda, Suriyada baş verənlərin yaşanmasıdır. Hətta Nardaran sakinləri belə bu şəxslərin əməllərinə qarşı çıxır.
Taleh Bağırzadə və yaxınlarının Azərbaycandakı sifarişli ifrat fəaliyyəti isə dövlətçiliyimizə qarşı açıq təhdiddir. Onlar Azərbaycanı parçalamaq, məhv etmək istəyən güclərin əlində bilərəkdən alətə çevrilirlər. Bu şəxslər Azərbaycanda vətəndaş müharibəsi yaratmaq, dini zəmində toqquşmalar törətmək istəyənlər sırasında yer aldığından, onlara qanunun sərt üzünün göstərilməsi olduqca vacibdir.
Xəbər xidməti
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım
- 640 manat olacaq...
05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...
05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı
05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...
05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...
05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...
05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"
- Prezident
05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...
05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...
05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir
05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...
05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...
05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır
- müqaviləsi imzalandı
05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı
05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı
04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…
04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir?
- DOSYE
04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan...
Qalmaqal...
04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...
04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...
04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...
04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...
04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir...
Guya...
04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...
04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı...
Hicab da olacaq?
04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...
04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...
04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı
- Paşinyan rəqiblərini məhv edir...
04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb?
- YENİ FAKTLAR...
04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü -
hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...
04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb
04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi -
fövqəladə hökumət qurulur...
04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir
04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır
04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi
04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?
04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?
04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...
04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..
04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi
04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi
04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu
04.11.2026 / 15:40
Hersoq qərar verəcək -
Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...
04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir"
- Paşinyan
04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır"
- Sahil Babayev
04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya
- ifrat sağçı dalğa artıq dağılır…
04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq
- boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...
04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib
04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi
- amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...
04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...
04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər
– İDDİA…
04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...
04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...
04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı -
Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir
04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub
- FOTO
04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır"
- Nazir
04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar
- FOTO
04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti
- bir nəfər barəsində qətimkan tədbiri seçildi...
04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır
- 946-dan 1200-ə...
04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı...
Sifarişlər dayandırıldı...
04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı -
"Mən olsaydım..."
04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...
04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi
- 1932-ci ildən bəri ilk fakt...
04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı -
Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi
04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi
- qanunsuz ödəniş tələblərinə inanmayın...
04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi
04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi
04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi
- nəticələri qəbul etməyə hazıram...
04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...
04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...
04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu...
Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ
04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb
04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi
03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir”
- dünyanı hədələyən təhlükə...
03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu
- "Patriot" verin, əvəzində istədiyinizi edim...
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ