Cümə axşamı günü, 05 noyabr 2026
     

Dinə, dövlətə, bizə meydan oxuyurlar

Image


Bu gün ikindi saatlarından bir qədər sonra Nardaran qarışdı. DİN-nin rəsmi məlumatında olay qısa, amma çox ağır cümlələrlə belə səciyyələndirildi: "İslamçı ekstremistlərin silahlı hücumu zamanı 4 nəfər həlak olub. Onların 2-si DİN əməkdaşıdır. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Nardaranda başda Hacı Tale Bağırzadə olmaqla bir qrup islamçı ekstremistə qarşı xüsusi əməliyyat keçirib".

Hadisə isə ondar ibarətdir ki, hacı Tale Bağırzadəni saxlamaq istəyən polislər evə daxil olarkən onlara atəş açılıb, əl qumbarası atılıb.


Yenə də Tale Bağırzadə...

"Müsəlman Birliyi Hərəkatı" adlı qeyri-rəsmi qurumun rəhbəri olduğnu iddia edən Tale Bağırov son vaxtlar ritorikasını dəyişərək Nardaran kəndinin sakinlərinin hüquqlarından, onların haqlarından danışır, bu zaman dini terminologiyadan gen-bol istifadə edirdi.

Tale Bağırzadənin tərəfdarları, dindar olduqlarını desələr də, daha çox radikal davranan, çıxışlarında və çağırışlarında sürəkli olaraq ekstremizmə qapılan şəxslər də liderlərinin məhz Nardaran əhlinin maraqlarını qoruduğunu söyləyirlər.

Qəribə iddia, mübahisəli məntiqdir. Nədən ki, Nardaran kəndinin nüfuzlu, özünü bilib sözünü deyən ağsaqqalları, hörmət və izzət sahibi şəxsləri həmişə olub, indi də az deyil. Kimsə bu kəndin adından danışmaq, nardaranlıların haqq və hüquqlarının müzakirəsi ilə qorunmasını inhisara almaq hüququna malik deyil.

Belə haqqı öz bildiyi formada istifadə etməyə çalışaraq yeganə həqiqət mənbəyi, az qala absolyut ədalət simvolu kimi görünməyə can atanlar və ələlxüsus da fərdiyyəti, merkantil maraqlarını dinlə pərdələməyə cəhd göstərənlərsə elə İslamın özünü nüfuzdan salmağa yönəlmiş əməl sahibləri sayıla bilər.

Gerçək dindarlar, o cümlədən nardaranlılar kənar qüvvələrin təsirinə düşmədən, absurd iddialarla çıxış etmədən, hakimiyyəti devirməyə çağırmadan imanlarına sadiq qalır, hidayətdə olur, mənəvi kamillik məcrasını tuturlar.

Azərbaycanda ənənəvi inanc olan şiəliyi siyasi məqsədlər üçün alətə çevirmək, sonra da uzaqlardan gələn təlimatları yaxında əmələ döndərmək heç bir halda dindarlıq, yaxud da dini təəssübkeşlik, vətəndaşların maraqlarından çıxış etmək sayıla bilməz.

Nardarandakı vəziyyətdə çox ciddi təhlil və araşdırmanı tələb edir.

Kənd sakinlərindən "xüms" adı ilə pullar yığılır, toparlanan məbləğlərin dini maarifləndirmə işlərinə sərf olunduğu deyilir. Halbuki, vətəndaşların, möminlərin halal pullarından sonradan sırf siyasi məqsədlər üçün istifadə etmək halala haram qatmaq, haqsızlığa nail olmaq üçün haqqa girməkdən başqa bir şey deyil.

Ən azı ona görə ki, o yığılan pulların xərclənməsinə kənd sakinləri nəzarət edə bilmirlər. Halbuki, Şəriətə görə, xüms qismində yığılmış pulların sərfiyyatı, bölünməsi, paylaşdırılması tam şəffaf olunmalı, halal vəsaitinin bir qismini bu işə vermiş insanın hər hansı sualına dərhal cavab verilməlidir.

Fəqət "xüms" adı ilə Tale Bağırzadənin əlində cəmləşən pul vəsaitinin hara, necə və hansı məqsədlərlə xərcləndiyini Nardaran əhli arasında neçə nəfər bilir?

"Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Tale Bağırov "hər bir dindarın hüququnu qorumaq"la məşğul olduğunu deyir. O, az qala müctəhid imici qazanmaq, haqq və ədalət uğrunda ictihada çıxmış adam təki tanınmaq istəyir. Halbuki, hacı Talenin dolaşdığı avtomobillərə, onu müşayiət edən şəxslər arasında maddi baxımdan korluq çəkən mömin sayıla biləcək adamların çox az olmasına nəzər salsaq, xeyli mətləblər agah olur.

"Hər bir dindar"ın adından danışmağı sevən hacı Talenin inanclı şəxslərin etimadından, inamından sui-istifadə etməsi, bu minvalla siyasi möhtəkirliyə yuvarlanması eyni zamanda orta statistik dindarların halından bixəbərliyi ilə müşayiət olunur.

Heyhat, belədir.

Və əgər belədirsə, siyasətçi olmağa çalışdığını gizlətməyən hacı Tale Bağırzadənin liderlik iddiaları birmənalı təsir bağışlamır.


Hidayət yolu, yoxsa iğtişaşlara çağırış?

Hacı Talenin çıxışları, bəyanatları və nitqlərinin leytmotivini mövcud hakimiyyətə kəskin antipatiya, radikallıq, aqressiya təşkil edir. Çıxışlarında rəsmi qurumları və dövlət məmurlarını hədələyən, kəskin tənqidi kütləvi itaətsizliyə və etiraz aksiyalarına çağırışlarla simbioz edən hacı Talenin dinlə bağlı söylədikləri də həddən ziyadə səthi təsir bağışlayır.

Onun İranın Qum şəhərindəki müəlliflərinin tədris metodikaları zəif olub, yoxsa Tale Bağırzadə İranda təhsil aldığı zaman İslamın və Şəriətin dərinliklərinə baş vurmaq istəməyib - dəqiq bilinmir. Bilinən budur ki, illahiyyatçı kimi erudisiyası zəif, məlumat bazası kasad olan T.Bağırzadə bu nöqsanlarını siyasi imperativlərlə əvəzləyir.

Beləcə o, sırf İslamdan və dindən, dindarların hüquqlarından bəhs etdiyini vurğulsa da, siyasi fəaliyyətlə məşğul olduğunu pərdələyə bilmir.

Əslində, heç bacarmayıb da.


"Birlik" adlı məkr

"Müsəlman Birliyi Hərəkatı" adlı qrupun indiyədək yaydığı bəyanatlara, bu "struktur"un rəhbəri Tale Bağırzadə və onun sağ əli Zülfüqar Mikayılzadənin fəaliyyətlərində radikallıqla bahəm, İrana meyllilik aşkar görünür.

Di gəl, məntiqli illahiyyatçı və illah da ki, praqmat siyasətçi olmayan Tale Bağırzadə açıqlamalarında qütbləri səhv salır. Məsələn, o, həbsdən azad olunandan dərhal sonra Leyla Yunusu dəstəkləyən bəyanatlar vermişdi.

Məntiq də bu idi ki, Leyla Yunus "siyasi məhbus"dur və əgər belədirsə, mütləq, az qala avtomatik dəstəklənməlidir.

Lakin Tale Bağırzadə unutmuş, onun ətrafındakılar da "lider"ə xatırlatmamışdılar ki, L.Yunus ABŞ-a, ümumiyyətlə, Qərbə əlahiddə rəğbəti olan, dünyəviliyi ilə seçilən, dindarlara isti münasibəti ilə seçilməyən bir xanımdır.

Tale Bağırzadə "Leyla xanım" adlandırdığı, külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə suçlanaraq həbs olunmuş vətəndaşımızı dəstəkləməkdə ikən "Müsəlman Birliyi Hərəkatı"na rəğbət bəsləyənlərdə narazılıq yaranmışdı.

Niyə də olmasın: qruplaşma üzvlərindən birinin dediyi kimi, "İrana sadiq adamın Amerikanın adamından ağızdolusu, vəcdlə bəhs etməsini anlamaq olmur".

Analamaqsa çox asandır. Bəsit səbəb odur ki, Tale Bağırzadə sırf öz maraqlarını güddüyündən həm İrana meylli "illahiyyatçı, siyasətçi və lider", həm də "ABŞ və Qərblə dialoqun tərəfdarı" kimi tanınmaq istəyirdi.

Onun azsaylı olmayan istəklərindən biri də tərəfdarlarını hərəkətə gətirərkən öndə olmaq, amma gərəkli anda mövqeni dərhal dəyişərək təhlükəsiz müstəviyə çəkilmək bacarığına malik olmaqdı.

Necə ki, bu ilin noyabrın 5-də yaşanmış olaylarda saxlanan dindarların arasında nə Tale Bağırzadəvardı, nə də Zülfüqar Mikayılzadə.

Adlarını çəkdiyim şəxsləri 110 il əvvəl Sankt-Peterburqda, Qış Sarayının qarşısındakı hadisələr zamanı keşiş Georgi Apollonoviç Qapona bənzətmək istəməsəm də, müəyyən analogiyalar yox deyil.

"Müsəlman Birliyi Hərəkatı"nın yaradıldığı əyan ediləndən sonra Sabunçu rayonundakı "Əbülfəz Abbas" məscidinə Tale Bağırzadə tərəfdarları toplaşmağa başladılar. Yerli dini icmaya əsla aidiyyəti olmayan T.Bağırzadə və Z.Mikayılzadə həmin məscidi radikal çıxışlarının tribunasına, aqressiv ritorika məkanına çevirmişdilər.

Az sonra isə T.Bağırzadə sözlərini "Əbülfəz Abbas" məscidi camaatının mövqeyi kimi qələmə verməyə də başlamışdı.

Bütün bunlar daim sıxılan yay təsiri bağışlayırdı və həmin yay günlərin birində mütləq açılmalıydı.

Tale Bağırzadə və Z.Mikayılzadənin son vaxtlardakı çağırışlarında isə aşkar şəkildə Azərbaycanda Şəriətlə idarə olunan dövlətin qurulması tələbləri vardı.

Natamam, siyasi baxımdan zəif tələblər çoxlarına demaqogiya təsiri bağışlasa da, belə deyildi.

Acı gerçək o idi ki, Tale Bağırzadə qarşısına qoyduğu məqsədə inadla, sinirli şəkildə gedirdi və bu yolda hər vasitələyə əl atmağa hazır olduğunu gizlətmirdi.

Nardaranda baş verənlər, yaşananlar, daha doğrusu, hər birimizə yaşadılanlar dinlə pərdələnən, İslamın kölgəsində gizlənməyə çalışanların xarici ölkələrdən alınan əmlər, təlimatlar, göstərişlər əsasında davrandıqlarını tam əyan etdi.

Ölkədə qarşıdurma yaratmaq, Azərbaycanı xaosa sürükləmək, məmləkəti Suriyaya, Liviyaya, İraqa döndərmək istəyən radikal ekstremistlərin simaları aydın görünür.

Silahlı müqavimət, polislərin qətlə yetirilməsi - bu, İslama zidd əməllərdir, cinayətdir.

Azərbaycanda stabilliyin hifzini istəyiriksə, artıq hər birimizi hədələyən şəxslərin, ən müxtəlif adlarla pərdələnən radikal ekstremistlərin qarşısını almalıyıq.

Yoxsa, çox gec ola bilər.

Elçin Alıoğlu

Milli.Az



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ