Yelisey Sarayından verilən xəbərə görə, Paris İŞİD-lə döyüşmək üçün Yaxın Şərqə, başda "Şarl de Qoll” olmaqla, 6 "Miraj” və 6 "Rafal”dan ibarət təyyarədaşıyan gəmilərini göndərməklə bağlı qərar qəbul edib. Bu barədə baki-xeber.com Anadolu Agentliyindən xəbər əldə edib. Xəbərdə o da bildirilir ki, "Şarl de Qoll” təyyarədaşıyan esminesi artıq bu ilin fevral-aprel aylarında 8 həftə İŞİD-ə qarşı döyüşlərdə iştirak edərək may ayında Fransaya qayıdıb.
Fransa İŞİD-ə qarşı döyüşlərə 19 sentyabr 2015-ci il tarixindən ABŞ başda olmaqla koalisiya qüvvələrinin tərkibində İraqda terroristlərə qarşı "Şammal” əməliyyatında iştirakla qatılıb. 19 oktyabr 2015-i il tarixdə Fransa HHQ Suriya üzərində kəşfiyyat uçuşlarına başlayıb.