Bakı Şəhər Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin əməkdaşları Bakı şəhər sakini Əminə Mirzəyevanı saxlayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun Türkiyə cəza qanununun 450/7 və 492/1-ci maddələri (qəsdən adam öldürmə və oğurluq) ilə beynəlxalq axtarışda olduğu bəlli olub. Hazırda araşdırma aparılır.