Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gəlib. Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.
Prezident İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoyub.
Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.