Britaniya rəsmiləri və Amerika KİV-i eyni vaxtda Rusiya təyyarəsinin Misir üzərində qəzasını terror aktı adlandırıb. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən xəbər verir. Eyni zamanda hər iki tərəf teraktın "islam dövləti” terrorçu qruplaşması tərəfindən törədildiyinə əmindir.
Əslində bu versiya qəza anından etibarən gündəmdədir. Üstəlik hadisədən dərhal sonra terror təşkilatı onun məsuliyyəini də öz üzərinə götürmüşdü. Lakin yerli orqanlar İŞİD-in blef etdiyini deyir, sadəcə xof yaratmaq üçün hadisənin məsuliyyətini üzərinə götürdüyündə israr edirdi. Fikirlərini isə onunla əsaslandırırdılar ki, terrorçu qruplaşmanın əlində o yüksəklikdə yçan obyekti vurmaq gücündə silah yoxdur. Araşdırmalar isə bu istiqamətdə yeni versiyalar ortaya çıxarıb. Belə ki, təyyarədə "naməlum mexaniki qurğu”nun olduğu ortaya çıxıb.
Qəza yerindən tapılan ğurğunun təyyarəyə hansı yolla keçirildiyi, onun nə kimi funksiya daşıdığı hələlik müəmma olaraq qalır. Lakin "qara qutu”nun təhqiqatı da göstərir ki, pilotlar təyyarədə hansısa "kənar səs”in olduğunu müəyyən ediblər. Lakin güman olunur ki, pilotlar hansısa tanış olmayan situasiya ilə üzləşdiklərindən bu səsə zamanında reaksiya verə bilməyib, yaxun sadəcə buna zamanları çatmayıb. Bu səsin hansı formada qeydlərə düşdüyü – saat səsi, xırıltı, xışıltı və c.-isə açıqlanmir.
Qeyd edək ki, hadisənin baş verdiyi andan etibarən təyyarənin məxsus olduğu Rusiyanın "Koqalımavia” şirkəti texniki nasazlıq barədə səslənən versiyaları qətiyyətlə rədd edərək, qəzaya kənardan hansısa "mexaniki təsir”in səbəb olduğunu deyir. Beləliklə, aviakompaniyanın dediyi təsdiqlənir.