Cümə axşamı günü, 05 noyabr 2026
     

Polisə dəstək konstitusion borc kimi...

Image


Cinayətkarlıqla mübarizə təkbətək döyüş deyil

Tarixən hər bir cəmiyyətin və dövlətin ali sərvətləri sırasında sosial-iqtisadi, hüquqi və mənəvi prinsiplər, ümuminsani faktorlar, ümumdünyagörüşlü ideallar, məqsədlər və əsas vəsaitlər, insanların yaşam mühiti, rifah halı, zəngin mənəvi həyat tərzi, onların həyat fəaliyyətlərinin qlobal şəraiti və sivilizasiya yolunda sosial tərəqqi durur. Bu dəyərlər (sərvətlər) massivində həm dövlətin, həm də cəmiyyətin neqativ sosial hadisələrə və cinayətkarlığa qarşı mübarizəsi başlıca məsələlərdəndir - desəm, yanılmıram.
Son 30 il ərzində dünyada cinayətkarlığın dairəsi təxminən 4 dəfə, keçmiş SSRİ-nin məkanında və ABŞ-da 8 dəfə, Böyük Britaniya və İsveçdə 7 dəfə, Fransada 6 dəfə, Almaniyada 4 dəfə artmışdır. BMT-nin statistik məlumatlarına görə, 90-cı illərin sonunda dünyada cinayətkarlığın səviyyəsi il ərzində orta hesabla 5%, əhalinin artım səviyyəsi isə ümumilikdə 1-% artıb. 2001-ci ilin statistik rəqəmlərinə görə, planet üzrə rəsmi olaraq 450 milyon cinayətlər qeydə alınıb. Faktiki olaraq bu rəqəmi 3 dəfə də artırmaq olar. Rusiyanın hər il bu rəqəmdəki payı 3 milyon cinayət səviyyəsindədir. (Amma faktiki 9-12 milyondur). 2003-cü ilin yanvar-iyul aylarında Rusiya statistikasına görə 1.627.754 qeydə alınmış cinayətin 641.867.5-i ağır və xüsusilə ağır növlərindən ibarətdir. Ekoloji cinayətlər kateqoriyasına aid olan cinayətlər həmin dövrün 7 ayı ərzində 16147 fakt təşkil edir. İllər ötdükcə, formasiyalar dəyişdikcə cinayətlərin dinamikasında da yeni növ cinayətlər qeydə alınır. Göründüyü kimi, müasir dövrdə cinayətkarlığın kökünün kəsilməsi ideyası utopik düşüncədən başqa bir şey deyil. Cinayətkarlıq insan cəmiyyətinə xas xarakterik cəhətlərdən olduğu üçün onun səbəbləri sırasında insanların sosial durumu ilə bağlı problemlərin həll olunmaması (bu heç vaxt mümkün deyil) sosial və iqtisadi bərabərsizliklər, siyasi, milli, dini dözümsüzlüklər və s. yer alır. Bu mənada cinayətkarlıq bütün cəmiyyətləri müşayiət edib və göründüyü kimi, XXI əsrin də sosial faktorları kimi sadə məsələ deyil.
Mən cinayətkarlıqla mübarizənin üsullarına və onu doğuran səbəblərə aid sosial hüquqi və siyasi əhəmiyyət kəsb edən dəyərlərə bir neçə aspektdən yanaşıram:
Sosial aspekt. Cinayətkarlıq mahiyyətinə görə sosial münasibətlərdən yaranan "parazitar" - yoluxucu xəstəlikdir. Cəmiyyətin inkişaf prosesi zamanı bu parazitar bəladan qorunmaq üçün müqavimət göstərilməsinə ehtiyac yaranır, özünü mühafizə etmək instinkti baş qaldırır. Belə bir funksiyanı dövlət həyata keçirir, pozulmuş insan hüquq və azadlıqlarının və sosial ədalətin bərpası ilə şəxsiyyətin təhlükəsizliyi təmin edilir.
Bəzən hüquq və azadlıqlardan "pəhriz" saxlamadan istifadə edilir, təbii qanunlara və təfəkkürə zidd davranışlara yol verilir, cəmiyyətə sanki "düşmənçilik" niyyəti ilə yanaşılır. Bu ağlasığmaz ağılsızlıqların qarşısını ümumi maraqlar naminə bir yerdə almağı bacarmalıyıq.
Sosial aspektlə bioloji aspekt vəhdətdə olduğundan bir yerdə təhlil olunmalıdır. Şəxsiyyət amili təbii və ictimai başlanğıcın sintezidir. Alimlərin tədqiqatına görə, cəmiyyətdə davranışları qəbul edilən - bəyənilən qrup 10-15%, davranışları vahimə doğuran, bəyənilməyən qrupun tərkibi də faiz etibarı ilə eyni 10-15 faizdir. Yerdə qalan 70 faiz əhali "möhkəm iradəli" - ortalıqda duranlardır. 12% isə qeyri-delikat davranışları olanlar bioloji şəxsiyyət kimi təbiət qanunlarının təsiri nəticəsində insanları başa düşmək qabiliyyətindən uzaqdır. (Delinkvent davranış (latınca -deliktum xəta (günah), ingiliscə delinguency-hüquq pozğunluğu mənasını daşıyır. Yəni düşüncəsi qəbul olunan həddən aşağı olan fərdlər cəmiyyət əleyhinə hüquqpozmalarda israrlı olur).
Məhz bunun nəticəsidir ki, 2015-ci ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2497 cinayət, o cümlədən satışı ilə bağlı 659 fakt müəyyən edilmiş, 115 nəfərdən ibarət 43 cinayətkar qrup zərərsizləşdirilib.
Cinayət-hüquqi aspekt. Cinayətkarlıqla mübarizə zərurəti təkcə bəzi (şəxslərin) fərdlərin cinayət qanunvericiliyi ilə qadağan olunmuş əməlin törədilməsi ilə bağlı deyil, eyni zamanda ictimai orqanizmin normal fəaliyyətinə və sağlamlıqlarına ictimai təhlükəli əməllərlə, belə əməllərin qadağan olunması və cəzalandırılması ilə şərtlənir. Hər bir cəmiyyətin və dövlətin cinayətkarlığa dair özünə xas (fərdi) təsəvvürləri və xüsusi yanaşması var. Belə yanaşma həmin cəmiyyətin və dövlətin inkişaf səviyyəsindən, mentalitetindən və dini inancından irəli gəlir. Ona görə də cinayət kimi qəbul edilən təhlükəli əməllərin yığımı ildən ilə və dövlətdən dövlətə keçir.
Bir qrup insanlar üçün cəmiyyətə zidd əməllər arzuolunmaz sayılsa da, digər qrup insanlar üçün norma kimi qəbul oluna bilər. Məsələn: müəyyən dövrlərdə ateizm günah və cinayət sayılırdısa, digər ateistik dövlətlərdə bu normal hal kimi qəbul olunurdu. Bu ortodoksal hal islam dövlətlərinin siyasi ruhuna bu gün də uyğundur. Tarixə nəzər salsaq, primitiv qəbilələrdə bu gün də hannibalizm, herontotsid (qocaları öldürmə), infantisid (uşaqları öldürmə) normal hal sayılır. Belə halların baş verməsi həmin qəbilələrdə birliyi dağıtmır, qəbiləarası əlaqələri zəiflətmir və onların davranışlarına uyğun hesab edilir. Bir halda ki, ictimai münasibətlərə zidd, hədəli və təhlükəli proseslər yoxdur, deməli ona qarşı mübarizə də yoxdur. Bu nöqteyi-nəzərdən belə nəticəyə gəlmək olar ki, "mütləq" cinayət konsepsiyası (fikri) yoxdur. Lakin müəyyən yerdə və vaxtda qadağan olunmuş əməllər var ki, həmin əməllərə adekvat reaksiya verilir və dövlətin cinayət qanunvericiliyi ilə cəzalandırılır. Eyni zamanda "obyektiv və mütləq ədalət" də olmayıb. Konkret cəmiyyətlərdə bu barədə subyektiv təsəvvürlər var. Cinayətkarlıqla mübarizə real təhlükəli əməl, cinayətlərin hər hansi bir mücərrəd modeli ilə təkbətək döyüş deyil. Mübarizə düşünülmüş siyasət və taktika əsasında həyata keçirilməlidir. Fikrimcə, bəzən onu qaydasız döyüş də adlandırmaq olar.
Siyasi aspekt. Bu gün cinayətkarlıq nüfuzlarını başqa sahələrdə əldə edə və qazanc mənbəyi tapa bilməyən, siyasi dairələrdə iştirakı məhdud müəyyən şəxslər üçün mobil vertikal kanala çevrilib. Cinayətkarlıq, xüsusilə onun mütəşəkkil növü (forması) artıq həyati faktorlar uğrunda mübarizənin universal formasına çevirilib. Sərvət bölgüsündə bərabərsizlik, ayrıseçkilik, haqqı ödənilən müəyyən işlərdə çalışmağın mürəkkəbliyi buna təsir edən səbəblərdəndir. Cinayətkar mühitin miqyası genişləndikcə, iqtisadiyyatın bir sıra sahələrinə dövlət nəzarəti əhəmiyyətini itirir, kriminal nəzarət həm ictimai, həm də dövlət nəzarətini üstələyir. Bu, cinayətkar birliklərin peşəkarlığını artırması və möhkəmləndirməsi ilə müşayiət edilir, iri biznes şəbəkələri yaradılır. Çirkli pulların yuyulması, narkobiznesin inkişafı, silah və insan alveri aktiv xarakter alır. Böyük kapital yığımı cinayətkar dəstə və birliklərə siyasi və iqtisadi dairələrdə liderlik mövqelərini möhkəmləndirmək imkanını qazandırır, havadarlar ortaya çıxır və s.
Bəzi ölkələrdə cinayətkar korporosiyalar öz namizədlərini dövlət və hökumət başçıları kreslosuna irəli sürməyə nail olur, sosial-siyasi vəziyyəti nəzarətlərində saxlaya bilirlər. Cinayətkarlıq hər bir dövlətin milli təhlükəsizliyini həmişə hədə və qorxu altına alır. Mövcud anticəmiyyət hallarına arzuolunmaz aspektdə yanaşma, insanların vahimədə saxlanması dövlət hakimiyyət orqanlarına inamsızlığa aparır, hüquq və azadlıqlara şübhələr yaranır, köməksiz bir vəziyyət hökm sürür.
Əməliyyat axtarış fəaliyyətinin həyata keçirilməsi bilavasitə vətəndaşların (ictimaiyyətin) məlumat dəstəyi ilə sıx bağlı olduğundan, bəzən cinayətkarlıqla mübarizə meydanında tək qalmaq mübarizənin səmərəsini azaldır. Ona görə də polisə dəstək konstitusion borc kimi qəbul olunmalıdır.
Cəmiyyətdəki müxtəlif qüvvələr "cəmiyyətdə və cəmiyyətə sabitlik" əqidəsi altında dövlətin konstitusion əsasına, demokratikləşmə yoluna əngəl olan şəraitin dəyişilməsində vahid mərkəzdən idarə olunan komanda ətrafında birləşməlidir.
İqtisadi aspekt. Cinayətkarlıqla mübarizə tarixən hər bir dövlət üçün iqtisadi baxımdan baha başa gəlir. Bəzi ölkələrdə il ərzində iqtisadiyyatın korrupsiya səbəbindən itkisi 15 milyard dollar məbləğində olur. Məsələn: islahat illəri ərəfəsində Rusiyada kənar ölkələrə 200 - 500 milyard dollar məbləğində vəsait çıxıb. Bu gün isə Rusiyadan aylıq daşınan kölgə kapitalının həcmi 1.5, 2 milyard dollar təşkil edir. Bu, il ərzində təxminən 20 milyard dollar deməkdir.
Mübarizənin kriminoloji aspektlərinin təhlili göstərir ki, cinayətkarlıqla mübarizədə birləşməsək sosial və iqtisadi problemlərimizi həll etmək çətin olacaq. Bunu keçmiş təcrübələr də təsdiqləmiş olur. Məsələn: Beynəlxalq ekspertlərin təhlilinə görə, gölgə iqtisadiyyatı və korrupsiya ilə ciddi və əvəzsiz mübarizə nəticəsində ölkənin illik büdcəsi 2 bəzən 3 dəfədən də çox arta bilər.
Mənəvi (əxlaqi) aspekt. İctimai həyatın bütün sahələri üzrə kriminoloji halların yayılması mənəvi (əxlaqi) və etik dəyərlərin tədricən dəyişilməsinə, habelə "zədələnməsinə" şərait yaradır. Nüfuza və dəyərə malik hər şey dövlətin qanunları ilə deyil, kriminal anlayış üzrə yaşamağa -fəaliyyətə başlayır. "Dövrümüzün qəhrəmanları" barədə təsəvvürlər yer alır, kriminal nüfuz sahiblərinə hörmət aşılanır. Cinayətkar adətlər, dəyərlər və ənənələr kriminal submədəniyyətə çevrilir.
Əxlaq (mənəviyyat) fərdi davranışları tənzimləyən mühüm ictimai vasitədir. O yerdə ki, mənəvi borcun sərbəst seçilməsinə (icrasına) imkan yoxdur, insanın ümumi deqradasiyası - tənəzzülü, düşkünlüyü başlanır, əxlaq və mənəviyyat cinayətkar rejimin və əhatəsində olduğu cinayətkar dəstələrin şikarına çevrilir. Bu, daha çox, yaşıl - kövrək psixikaya malik yeniyetmələri yoldan azdırmağa təsir edir. Belələrinin sosiallaşması çətinləşir, onlar cinayətkarlığın deformasiyaya uğradığı yolla getməyə məcbur olur. Burada zorakılığın təbliğatı, əxlaqsızlığın təşviqi, aqressiv kütləvi mədəniyyətin təbliğatı, aqressiyanın reklamı, KİV-də "Qərb mədəniyyəti" və "həyat tərzi" adı altında müxtəlif zidd dəyərlərin təbliği və s. rol oynayır.
Profilaktik aspekt. Cinayətlərin xəbərdarlığı hər bir dövlətin iqtisadi, sosial-mədəni tərbiyəvi və hüquqi xarakterli tədbirlər sistemidir. Cinayətkarlıqla mübarizədə xəbərdarlıq tədbirlərinin əsas tərkib hissəsini qanunvericilik bazası və hüquq-mühafizə orqanlarının praktik fəaliyyəti təşkil edir. Məsələn: İctimai təhlükəli əməllərin dərəcəsindən asılı olaraq, Azərbaycan dövləti adından məhkəmələr tərəfindən tətbiq edilən cəza bir tərəfdən sosial ədalətin bərpası məqsədini güdürsə, digər tərəfdən müqəssir və onun ətrafı üçün"cinayət törətmə, cəzasını da alma" mesajı rolunu oynayır. Başqa bir mühüm amil gələcəkdə təkrar törədilə biləcək cəmiyyətə zidd halların qarşısını almağa kömək edir. Məhkəmə prosesləri, ibtidai istintaq, istintaq hərəkətlərinin (üzləşdirmə, dindirmə, hadisə yerinin müayinəsi, təqsirkarın iş, yaşadığı yerə vətəhsil aldığı müəssisəyə müzakirə üçün təqdimatın göndərilməsi) hər biri profilaktik tədbirdir. Törədilən əmələ görə cəzanın ladüdlüyü də böyük əhəmiyyət kəsb edir.
Beynəlxalq aspekt. Bu gün iqtisadi sahədəki cinayətlər, korrupsiya, narkobiznes, insan alveri və terrorizm dünya ictimaiyyətini sərt şəkildə qamçıladığından, cinayətkarlıqla mübarizə beynəlxalq aləmin borcuna çevrilməlidir.
Azərbaycan bu mühüm işdə, cinayətkarlığın qloballaşdığı bir ərəfədə kənarda qalmır. Respublika hüquq-mühafizə orqanlarının koordinasion fəaliyyəti nəticəsində cinayətkar aləmin "avtoritetləri"nin arzuladığı şəraitə imkanlar daralıb. Kriminal mühitin ekspansiyasi (latın sözüdür- expansio, genişlənmə, yayma. Təsir zonasının, ayrı-ayrı dövlətlərin, qrupların təsir dairəsi) bloklaşdırılıb.
Amma qonşu dövlət Rusiyada 2 min kriminal avtoritetli şəxslər beynəlxalq kriminal birliklərin tərkibində fəaliyyət göstərir, müxtəlif sahələrdə rəhbərliyi həyata keçirir.
Azərbaycan Respublikasının davamlı daxili siyasəti nəticəsində durum nəzarətdədir.
Şəmsəddin Əliyev,
hüquqşünas




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ