İrlandiyanın aviasiya idarəsi Şarm əl-Şeyxə və Sinay yarımadasına uçuşları dayandırmaq qərarı verib.Bu barədə baki-xeber.com kommersant.ru saytına istinadən xəbər verir.
"İrlandiya aviasiya idarəsi hələlik Şarm əl-Şeyxə və Sinay yarımadasına uçuşları dayandırmağı və növbəti qərar çıxanadək Misirin Sinay yarımadası üzərindən hava reyslərini təxirə salmaq barədə göstəriş verib. Əlavə informasiya əldə edildikdən sonra növbəti qərarın nə olacağı bilinəcək” – deyə idarənin açıqlamasında bildirilir.
Xatırladaq ki, oktyabrın 31-də Misirdə Airbus-321 sərnişin təyyarəsi qəzaya uğrayıb, nəticədə 224 nəfər həlak olub. Noyabrın 2-də təyyarənin məxsus olduğu "Koqalımavia” kompaniyası qəza ilə bağlı keçirdiyi mətbuat konfransında texniki nasazlıq məsələsini tamamilə ehtimallar sırasından çıxardığını bəyan edib. Onların versiyasına görə, qəza təyyarəyə hansısa "mexaniki təsir” nəticəsində baş verib.