Bəşər Əsəd rejiminin hərbi aviasiya qüvvələri Dəməşq yaxınlığındakı Şərqi Quta yaşayış məntəqəsinə kaset bombaları atıb. Nəticədə 14 nəfər dinc sakin həlak olub, 70 nəfər isə yaralanıb. Bu barədə Anadolu Agentliyi Duma rayonundakı mülki müdafiə qüvvələrinin nümayəndəsinə istinadən bildirir. Duma Suriya müxalifətinin nəzarəti altındadır. Hazırda rayonun sakinləri bombalanma üzündən qorxu altında yaşayır. Bombardman nəticəsində rayona ciddi maddi zərər dəydiyi bildirilir.
Baki-xeber.com