Rusiya prezidenti Vladimir Putin "Puşkin” medalını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təqdim edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 4 noyabr Milli Birlik Günü münasibətilə Kremldə keçirilən təntənəli qəbulda Rusiya prezidenti dövlət mükafatlarını təqdim edib.