Avropa İttifaqına yeni üzv olan ölkələr birmənalı şəkildə Əsədə qarşı çıxış edir, bununla belə, bir çox ölkələr onu ölkənin qanuni seçilmiş prezidenti olaraq qəbul edir və danışıqlarda iştirakını zəruri sayır. Bu barədə baki-xeber.com RİA "Novosti” agentliyinə istinadən xəbər verir.
Agentlik Yunanıstan diplomatik mənbələrinə əsasən bildirir ki, Aİ ölkələri arasında Suriya böhranının həlli yönündəı danışıqlarda Bəşər Əsədin iştirakı ilə bağlı fikir ayrılığı olduğundan, o, bu prosesdən kənarlaşdırıla bilər. Lakin bu fikrə qarşı çıxanlar bu halda danIşıqların kiminlə aparıla biləcəyini sual edir:”Əsəd Suriya böhranının həlli prosesində mərkəzi fiqurdur. O olmazsa danışıqlar kiminlə aparıla bilər?” Bu fikirdə olanlar həm də ona diqqət çəkir ki, Vyana danışıqlarında tərəflər keçid dövrü ilə bağlı razılığa gəlib və bu boyük irəliləyiş kimi qarşılanıb. "Keçid dövru yarım il, bir il, iki il də çəkə bilər, söhbət ondan gedir ki, hər kəs danışıqların Əsədlə aparılmalı olduğunu qəbul etdi” – deyə mənbə bildirib.