Rusiyaya məxsus yük təyyarəsi Cənubi Sudanda qəzaya düşüb. Baki-xeber.com bu barədə RİA "Novosti” saytından məlumat əldə edib. Məlumatda yerli KİV-ə istinadla bildirilir ki, təyyarənin göyərtəsində 5 nəfər rus heyət üzvü, 7 nəfər sərnişin olub.
Reuters-in xəbərinə görə, təyyarə Sudan paytaxtı Cubadan qalxdıqdan az sonra sərt qəza enişi edib. Təyyarədən 2 nəfərin sağ çıxdığı bildirilir. Onlardan birinin isə azyaşlı olduğu xəbər verilir.
Maraqlıdır ki, Al Jazeera özünün xəbər buraxılışında Sudan paytaxtındakı aeroportdan 800 m aralıda yerə çırpılan təyyarədə onlarla insanın həlak olduğunu bildirib.