ABŞ hökuməti Rusiyanın Suriya rəhbərliyi və müxalifət nümayəndələrinin danışıqlar üçün Moskvaya çağırmaq planını tələskənlik adlandırıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Xəbərə görə, gündəlik mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandıran Dövlət Departamentinin mətbuat katibi Elizabet Tryudo deyib ki, tərəflər hələlik diqqəti Vyanada başlayan prosesin inkişafına yönəltməlidir:” Hər şeyin öz yeri və zamanı var. Müxalifət də zamanı çatanda danışıqlarda iştirak edəcək. Hesab edirik, həmin an yetişməyib”.
Bir jurnalistin "Düşünürsünüz ki, ruslar suriyalıları Moskvaya dəvət etməməlidir” sualına cavabında Tryudo "Biz bunu zamansız addım hesab edirik. Müxalifət danışıqlarda iştirak etməlidir, lakin indi deyil” – deyə bildirib.