Noyabrın 2-də Goranboy rayonunun Nizami kəndindəki çayxanada kənd sakini Rəşad Babayev münaqişə zəminində orada işləyən Həsən Həsənova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Bu barədə baki-xeber.com Daxili İŞlər Nazirliyinin mətbuat xidmətindən məlumat alıb. Xəbərə görə, xəstəxanaya yerləşdirilmiş H.Həsənovun həyatını, həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb.
Goranboy RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Babayev tutulub. Faktla bağlı cinayət işi açılıb.