Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu fikir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəni arasında keçirilən ikitərəfli görüşdə səsləndirilib.
Oman Sultanlığının paytaxtı Məsqət şəhərində keçirilən ISESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində keçirilən görüşdə 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının mədəni proqramının təşkil olunması məsələsi müzakirə olunub. Görüş zamanı İslam irsinin və mədəniyyətinin bu Oyunlar vasitəsilə təqdim olunmasının gözəl təcrübə ola biləcəyi bildirilib. Görüş zamanı bu məsələnin geniş tərkibdə Bakıda 23-27 noyabr tarixində keçiriləcək ISESCO İcraiyyə Şurasının iclası və 12-ci baş konfransında müzakirə olunması qərara alınıb.
Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifi ilə keçirilən görüşdə hər iki ölkə arasında mədəniyyət haqqında sazişin şərtlərinə baxılması müzakirə edilmişdir.