Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinin gedişi və nəticələri Misirin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Azərbaycanın Misirdəki səfirliyindən bildiriblər ki, həmin xəbərlərdə seçkilərin şəffaf və demokratik keçdiyi, seçicilərin səsvermədə fəal şəkildə iştirak etdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, parlamentdə 125 mandat uğrunda 800-dək namizəd mübarizə aparıb. Seçki prosesində 22 partiya iştirak edib. Səsvermənin gedişini 40 beynəlxalq təşkilatın və 50-dən çox ölkənin nümayəndələrinin müşahidə etdikləri də xəbərlərdə xüsusi vurğulanıb.