Rusiyalı siyasətçilər Azərbaycanda baş tutan parlament seçkilərini şərh edib. Secki-2015.az saytı xəbər verir ki, seçkinin demokratik prinsiplərə uyğun keçirildiyini deyən politoloq Aleksandr Karavayev bildirib ki, Azərbaycan prezidentinin apardığı iqtisadi və siyasi islahatlar seçicidə əminliyi möhkəmləndirdi: "Bu islahatlar xüsusilə sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunun gücləndirilməsi ilə bağlı idi. Seçici bu islahatlardan sonra bir daha əmin oldu ki, ölkə daha çox inkişaf edəcək və bu, seçkidə də öz təsirini göstərdi”.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqaz araşdırmalar mərkəzinin eksperti Stanislav Pritçin deyib ki, dünyada sabitliyin pozulduğu bir vaxtda Azərbaycanda sakit seçkilərin keçirilməsi təqdirəlayiqdir: "Dünyada müharibələr gedir. Yaxın Şərqdə təhlükələr artır. Amma Azərbaycan sakit formada seçki keçirdi və hakim partiya səs çoxluğu ilə qalib gəldi”.
(http://www.vestikavkaza.ru/news/TSIK-Azerbaydzhana-obnarodoval-predvaritelnye-itogi-vyborov-v-Milli-Medzhlis.html)