Seçkilərdə qələbə qazanmış parlamentarilərə deputat vəsiqələrinin veriləcəyi tarix bəlli olub. Secki-2015.az saytı xəbər verir ki, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra deputatlara vəsiqələr təqdim olunacaq.
MSK seçki protokollarını yoxladıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiq etməlidir.