Rusiya hərbi aviasiyasının Suriyanın tarixi Tedmur (Palmira) şəhərini bombalaması nəticəsində daha 20 nəfər dinc sakin həlak olub, 16 nəfər isə yaralanıb. Bu barədə baki-xeber.com Anadolu agentliyinin xəbərinə istinad edir. Xəbərdə yerli sakinlərə istinadən bildirilir ki, hava zərbələri nəticəsində çörəkbişirmə sexi dağıdılıb.
Bundan əlavə, Rusiya təyyarələrinin İdlibin Maret ən-Human rayonuna endirdiyi aviazərbələr nəticəsində burada da 6 nəfər dinc sakin həlak olub.