ABŞ prezidenti barak Obama deyib ki, Amerika xüsusi xidmətindən suriyaya göndərilən məsləhətçilər orada yerüstü əməliyyatlarda iştirak etməyəcək. Baki-xeber.com-un xəbərinə görə, bu barədə Reuters xəbər yayıb.
ABŞ prezidenti əlavə edib ki, onların göndərilməsində məqsəd "İslam dövləti” terrorçu qrupuna qarşı mübarizə aparan qüvvələrə "Təlim keçmək, məsləhət vermək və yardım etməkdir”. Obama onu da deyib ki, İraqda olduğu kimi göz-gözə müharibə Suriya problemini çözmək iqtidarında deyil.
Daha öncə isə dövlət katibi Con kerri bildirmişdi ki, ABŞ Suriyaya hərbçilər göndərməklə Rusiyanın oradakı fəaliyyətini koordinasiya etməyi nəzərdə tutur.