Almaniya kansleri Angela Merkel AKP sədri və Baş nazir Əhməd Davudoğluna telefon açaraq, parlament seçkilərində qələbə münasibətilə onu və onun simasında türk xalqını təbrik edib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
Təbriklə yanaşı, Merkel gələn ay Antalyada keçiriləcək G20 Zirvəsində iştirak məqsədilə Türkiyəyə əözlənilən səfərindən məmnunluğunu bidirib. Telefon görüşməsində, eyni zamanda, Suriya böhranı, İŞİD-lə mübarizə və digər bu kimi gündəm mövzuları ətrafında fikir mübadiləsi aparılıb.