Rusiyalı iş adamı Telman İsmailovun 2009-cu ildə tikdirdiyi və Antalyanın ən bahalı otelleri sırasında yer alan Mardan Palace Antalya 6-cı İcra Müdiriyində keçirilən tender nəticəsində Halk Bankasına satılıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Aksu ilçəsinin Kundu turizm bölgəsində yer alan otel binası 650 milyon lirə, içindəki villalar 69 milyon 750 bin lirə dəyərində qiymətləndirilib. Lakin Xalq Bank otel binası üçün 325 milyon, villalar üçün isə 35 milyon ödəyərək otel kompleksinin sahibi olub. Digər tərəfdən otelin inşasından borclu qalınan Garanti Bankasına dz istədiyi məbləğ ödənilib.
Xatırladaq ki, inşası 1milyard 400 milyona başa gələn otelin açılışına Seal, Tom Jones, Monica Belluci, Richard Gere, Mariah Carey ve Sharon Stone kimi Hollywood ulduzları qatılmışdı.
Otel 2010-cu ildə dünyanın ən yaxşı lüks oteli seçilmişdi.