Bütün beynəlxalq müşahidəçilər noyabrın 1-də Milli Məclisə keçirilniş seçkilərə müsbət rəy bildirdi. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov qeyd edib: "Nəhayət ki, Avropa Şurası Parlament Assambleyası da Azərbaycanda keçirilən seçkilərə normal qiymət verdi".
MSK sədri əlavə edib ki, AŞ PA-nın qiyməti mühüm əhəmiyyət kəsb edir.