Uzun illər Türkiyənin 3-cü böyük şəhəri İzmirdə Mədəniyyət və Turizm idarəsində müdür müavini vəzivəsində çalışan Murat Karaçanta Azərbaycana böyük arzularla gəldiyini və burada da gözlədiyindən də böyük məhəbbətlə qarşılandığını deyib: "Əslində mən öz doğma vətənimə gəlmişəm. Hələ 20-ci illərdə Sovetlər dönəmi yeni qurulanda Sibir sürgünündən qaçıb can qutaran babalarım Qarsa gəlmişlər. Onlar Qərbi Azərbaycandan, Qaraçanta kəndindən olublar. Babalarım kəndlərinin adını özlərinə soyadı kimi qəbul edib, şükürlər olsun ki, bu əmanəti nəslimizin onlarca övladları bu gün də şərəflə daşımaqda və qorumaqdadır”.
Yeni müşavir qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən daha çox turizmdə böyük uğurlar əldə olunmaqdadır. Bu gün Türkiyənin bir çox şirkətləri Azərbaycanda turizm sektorunda çox böyük layihələrlə çıxış edirlər. Hətta ölkələrimiz arasında imzalanan sənədlər, qarşılıqlı anlaşmalar da çox vaxt bizim münasibətlərimizə darlıq edir. Şükürlər olsun ki, bu gün bu baxımdan işlərimiz uğurla davam etməkdədir. Bizim hər işimizin təməlində böyük bir səmimiyyət var. İndiyə qədər iki qardaş ölkə arasında turizm, mədəniyyət və digər sahələrdə hər hansı bir problemlə üzləşməmişik, ümidvaram ki, bundan sonra da üzləşməyəcəyik.