APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib. Baş nazirin mətbuat xidməti tərəfindən yayılan açıqlamada bildirilir ki, gürcü və Azərbaycan xalqları arasında tərəqqi və inkişafın, dostluğun möhkəmləndirilməsi, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirməsi son dərəcə əhəmiyyətlidir: "Azərbaycanın bölgədə sülhə, sabitliyə və rifaha xidmət edəcəyinə inanıram”.