M.Pənahov bildirib ki, ötən parlament seçkiləri ilə müqayisədə səslərin sayına görə liderlik edənlər arasında ümumilikdə 27 nəfər yeni nümayəndənin adı var.
MSK sədri qeyd edib ki, səslərin sayına görə liderlik edənlər arasında 124 nəfər ali təhsilli, bir nəfər orta təhsilli var.
M.Pənahov qeyd edib ki, bütün məntəqələrdə seçkilər Seçki Məcəlləsinə və qanunvericiliynə uyğun olaraq keçirilib.
MSK sədrinin sözlərinə görə, indiyə qədər seçkilərin nəticələrinə kölgə sala biləcək hər hansı bir müraciət daxil olmayıb.
M.Pənahov bildirib ki, seçkilər lazımi səviyydə keçirildi: "Xalqın münasibəti bizim üçün ən ali qiymətdir, bizim üçün hər şeyin fövqündə dayanır. Azərbaycan seçicisi seçkilərdən razıdırsa, biz öz məqsədimizə çatmışıq. Dünənki seçkilər bunu bir daha nümayiş etdirdi”.
M.Pənahov əlavə edib ki, veb-kameralar vasitəsilə 200 minə yaxın müşahidə aparılıb: "Bu çox böyük bir rəqəmdir. Nəzərə alsaq ki, veb-kameralar ilə müşahidə aparanların böyük hisssi Azərbaycandan kənarda yaşan insanlar olub, bu çox böyük göstəricidir”.
M.Pənahov əlavə edib ki, Yeni Azərbaycan Partiyası 69 lider namizəd ilə seçkilərdə öndədir.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.