Azərbaycan prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. APA-nın xəbərinə görə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, Türkiyə prezidentinə fəaliyyətində yeni-yeni uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.
R. T. Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanması münasibətilə təbriklərini çatdırıb, prezident İlham Əliyevə ali dövlətçilik fəaliyyətində uğurlar, Azərbaycan xalqına firavanlıq arzulayıb.