Parlament seçkiləri texniki baxımdan yaxşı təşkil olunub və demokratik şəkildə keçib. Secki-2015.az saytının xəbərinə görə, Estoniya parlamentinin üzvü Savisaar Erki müşahidə təəssüratlarını bölüşərkən belə deyib.
O bildirib ki, müşahidə apardıqları məntəqələrin heç birində nöqsan aşkarlanmayıb.
"Estoniya nümayəndə heyəti ümumilikdə 11 məntəqədə müşahidə aparıb. Bu məntəqələr arasında məcburi köçkünlərin də seçki məntəqəsi var idi. Qeyd edim ki, səsvermə nizamlı və mütəşəkkil qaydada keçirildi. Müşahidəçilər öz yaşadıqları məntəqədə müşahidə aparmırlar. Seçki məntəqələri vaxtında açılmışdı. Hər bir seçki komissiyasında müşahidəçilər əvvəldən axıra kimi seçki prosesini izlədilər. Bu seçki prosesinə əlavə şəffaflıq qatır. Biz Suraxanıda səsvermənin nəticələrinin hesablanmasında da iştirak etdik. Hesablama düzgün aparıldı. Yerli müşahidəçilər hesablamaya müdaxilə etmədilər”.