Qeyd edək ki, GUAM PA-nın müşahidəçi qrupu apardığı monitorinq əsasında bəyanat hazırlayıb.
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat olan GUAM-ın Parlament Asambleyasının monitorinq qrupunun bəyanatında bildirilir ki, Azərbaycanda keçirilən parlament seçkiləri dövlət qanunvericiliyinə uyğun keçirilib, beynəlxalq öhdəliklər yerinə yetirilib: "Müşahidə apardığımız məntəqlərdə səsvermə zamanı ciddi qanun pozuntusu aşkarlanmayıb. Seçkilər sabit şəraitdə keçirilib. Azərbaycan vətəndaşları müstəqil şəkildə məntəqələrə gələrək səsvermə hüquqlarından istifadə ediblər”.
Bəyanatın sonunda yazılıb ki, GUAM Parlamentn Asambleyası seçkiləri müsbət qiymətləndirir.