"Müşahidələrimiz zamanı adı siyahıda olmayan seçiciyə rast gəlmədik. Belə bir hala nə Böyük Britaniya, nə Almaniya, nə də digər ölkədə rast gəlinmir”, - deyə Rusiyanın MSK sədri vurğulayıb.
O Şamaxı, İsmayıllı və Abşeron rayonlarında səsverməni izlədiyini bildirib.
"Bütün seçki məntəqələri vaxtında açılıb. Həmkarlarımız seçkilərin yüksək səviyyədə baş tutması üçün səylərini əsirgəmədilər”,- deyə Çurov əlavə edib.
"Şəffaf seçki qutuları, veb-kameralar, çoxsaylı müşahidəçilərin olması müsbət haldır. Seçicilərin səsvermədə iştirak faizi Azərbaycan Respublikası MSK-nın elan etdiyi rəqəmlərlə üst-üstə düşür. Bu da seçkinin şəffaf keçirilməsinə, nəticələrin etibarlılığına dəlalət edir”,- deyə V.Çurov vurğulayıb.