O bildirib ki, müşahidə missiyası ölkə üzrə 1007 məntəqədə səsvermə prosesini izləyib.
Lebedev hesab edir ki, ötən illərlə müqayisədə bu dəfəki seçkilərdə həm elektoratın, həm də seçki komissiyası üzvlərinin savadlılığı daha da artıb:"Bəzi xırda nöqsanların qarşısı isə dərhal alınırdı".
Yerli müşahidəçilərin sayının artmasını müsbət hal kimi dəyərləndirən S.Lebedev bildirib ki, hər məntəqədə ən azı 10 müşahidəçi səsvermə prosesini izləyib. Missiya rəhbəri veb-kameralar quraşdırılan məntəqələrin sayının artmasını, həmçinin seçici fəallığını xüsusi vurğulayıb.