Vəqf sədri qeyd edib ki, parlament seçkiləri zamanı nizam-intizam yüksək səviyyədə olub: "Bu seçki 24 ildir ki, müstəqil olan Azərbaycan üçün böyük uğurdur. Biz insanların ailəvi şəkildə seçkilərə getdiyinin şahidi olduq. Bu da çox sevindirici haldır. Seçkidə tətbiq olunan veb-kamera sistemi isə şəffaflığın yeni modelidir. Bu sistem heç Türkiyədə yoxdur”.
A. Suver qeyd edib ki, dünən Türkiyədə də seçki baş tutdu. Biz iki gözəl bayramı qeyd edirik. Onun sözlərinə görə, Azərbaycan son illər böyük uğurlara imza atır. Bu il Bakıda ilk Avropa Oyunlarının keçirildiyini xatırladan A.Suver deyib ki, belə bir möhtəşəm tədbirin keçirilməsi bütövlükdə türk dünyası adına iftixardır. O, bəzi beynəlxalq dairələr tərəfindən Azərbaycana qarşı təzyiqlərinin də əsassız olduğunu bildirib.
Mətbuat konfransında, həmçinin müşahidə missiyasının üzvlərindən Fatih Saraçoğlu, Şamil Ayrım və başqaları çıxış edərək seçkilərin nəticələrini yüksək qiymətləndirirək, seçkiləri bütövlükdə Azərbaycan xalqının qələbəsi kimi dəyərləndiriblər.