Secki-2015.az saytının xəbərinə görə, QDİƏT PA-nın baş katibi Asəf Hacıyev parlament seçkilərinin şəffaf və demokratik şəraitdə keçdiyini bildirib.
QDİƏT PA-nın vitse-prezidenti, Yunanıstan parlamentinin üzvü Symeon Kedikoglu seçki sahəsində kifayət qədər təcrübəsinin olduğunu bildirib. Onun sözlərinə görə, 1989-cu ildən müxtəlif dövlətlərdə keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edib: "Bakıda olduğumuz 3 gün ərzində həm seçkiyə hazırlıq prosesi ilə tanış olduq, həm də səsvermə prosesini izlədik. Səsvermə prosesinə hər hansı müdaxilə olmayıb, seçki normal keçib”.
QDİƏT PA-nın üzvü, Bolqarıstan Parlamentinin İqtisadiyyat və turizm komitəsinin sədri Petar Georgiev Kanev qeyd edib ki, seçkilər yüksək səviyyədə təşkil olunub: "Azərbaycan Avropa standartlarına uyğun seçki keçirib”.