Onun sözlərinə görə, Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə təşkil olundu və tam demokratik şəraitdə keçirildi: "Seçki məntəqələrinin lazımi texniki avadanlıqlarla təchizatı yüksək səviyyədə təşkil olunmuşdu. Namizədlərin təmsilçiləri və müşahidəçilər üçün məntəqələrdə əlverişli şərait yaradılmışdı. Vətəndaşlar heç bir maneə olmadan məntəqələrə gələrək istədikləri namizədlərə səs verdilər. Ötən gün səsvermə başlayandan şəhərin müxtəlif istiqamətlərində səsvermə məntəqələrində olmuşduq. Seçkilərin tam demokratik şəraitdə keçdiyini öz gözlərimizlə müşahidə etdik".