"Seçkilər" Media Mərkəzi - ABŞ-ın tanınmış sorğu şirkəti "Arthur J. Finkelstein & Associates" Azәrbaycanda keçirilmiş parlament seçkilәrindә sәsvermә ilә bağlı apardığı "exit-poll"un nәticәlәrini açıqlayıb. Secki-2015.az saytının mәlumatına görә, şirkətin təmsilçisi Corc Bolmay bildirib ki, "exit-poll" sorğusu 118 dairәdә keçirilib. 2000 әmәkdaş sorğuya cәlb olunub. 7000-ә yaxın sorğu baş tutub. Sorğuda birincilik qazananlardan 65-i YAP üzvüdür. Qalan dairələrdən 53-də müstәqil namizәdlәr, digərlərində isə müxtəlif partiyaların üzvlәri irəlidədir.
YAP partiya olaraq 74 faiz sәs göstәricisi ilә öndәdir.