"Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahiri silahdaşlarına çağırış edib. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, Zəvahiri öz silahdaşlarını daxili çəkişmələri bir kənara qoyub bütün güclərini amerikanlara, ruslara, iranlılara, ələvilərə və "Hizbullah”a qarşı birləşdirməyə səsləyib. "Amerikanlar, ruslar, iranlılar, ələvilər və "Hizbullah” öz müharibələrini bizə qarşı çevirdilər, məgər biz daxili konfliktləri bir kənara qoyub onlara qarşı birləşə bilmərikmi?”- deyə o, silahdaşlarına sual edib. Güman olunur ki, bu müraciətin səs yazısı Rusiyanın Suriyada əməliyyatlara başlamasının dərhal ardından yazılıb. Səs yazısında Zəvahiri silahdaşlarını Qərbdə terror aktları törətməyə də səsləyir.
Qeyd edək ki, "Əl-Qaidə” "İslam dövləti” qruplaşmasını tanımır, lakin yaranmış vəziyyətdə ona kömək edəcəyini bildirir. Eyni zamanda "Əl-Qaidə”nin "Taliban” hərəkatına sədaqət andı içdiyi bildirilir.