Qazaxıstanın rəsmi informasiya agentliyi "Kazinform” Azərbaycanda baş tutan parlament seçkilərinin ilkin nəticələri barədə məlumat yayıb. Bu barədə baki-xeber.com secki-2015.az saytına istinadən bildirir. Məlumatda qeyd edilir ki, səsvermədə seçicilərin 55.7%-i iştirak edib. Seçkilər zamanı "ELS” Müstəqil Araşdırmalar Mərkəzi və "RƏY” Monitorinq Mərkəzi "exit-poll” keçirib. "Exit-poll”un nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyası parlamentdə mandat çoxluğu qazanıb. Agentlik digər təşkilatların da müxtəlif seçki dairələrində "exit-poll” keçirdiklərini qeyd edib.