Azərbaycanda parlament seçkiləri qanun pozuntuları olmadan keçdi. Baki-xeber.com Secki-2015.az saytına istinadən xəbər verir ki, Rusiyanın "İzvestiya” qəzeti belə yazır. Yazıda bildirilir ki, demokratik prinsiplərə uyğun keçirilən seçkilər hakim partiyanın qələbəsi ilə başa çatıb.
Rusiya İnsan Hüquqları müdafiəçisi Aleksandr Brod "İzvestiya”ya açıqlamasında seçkilərdə hər hansı nöqsana rast gəlmədiyini deyib: "Mən paytaxt Bakının 10-dan çox məntəqəsində müşahidə apardım. Seçki komissiyaları çox dəqiq işləyirdi. Eyni zamanda Gəncədə səsverməni izləyən əməkdaşlarla əlaqə saxladım. Hər hansı nöqsanla bağlı məlumat daxil olmadı”.
Aleksandr Brod həmçinin bildirib ki, müxalifət sosial şəbəkələrdə bəzi qanun pozuntularına dair məlumatlar yaysa da, onların heç biri sübuta yetirilmədi.